SON DƏQİQƏ

PressDent.Info

London metrosunda partlayış: xəsarət alanlar var

London metrosunda partlayış: xəsarət alanlar var
15-09-2017, 13:15 6177 dəfə baxılıb

Böyük Britaniya paytaxtının cənub şərqində, metronun District xəttində Parsons Green stansiyasında partlayış nəticəsində sərnişinlər arasında xəsarət alanlar var.

Hadisə yerində çəkilən şəkillər supermarket torbası içində yanan ağ vedrəni təsvir edir. Hərçənd ki, vaqonun daxilində ciddi zədə əlamətləri müşahidə olunmur.

Təhlükəsizlik məsələləri üzrə BBC müxbirinə əsasən araşdırma terrorçuluq əleyhinə polis departamenti tərəfindən aparılır.

Frank Gardner onun səbəbləri barədə danışmağın erkən olduğunu bildirir.

Hadisənin şahidi, üz nahiyəsindən xəsarət alan bir sərnişini gördüyünü deyib.

Luke adlı daha bir sərnişin “bərk partlayış” kimi bir səs eşitdiyini deyir.

“Bu biz stansiyaya daxil olarkən baş verdi, beləki, hamı stansiyanın qarşısında toplaşıb qaldı. Orada xüsusi yanğın qoxusu var idi”.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ