SON DƏQİQƏ

PressDent.Info

Keniyanın müxalifət lideri: “Hakimiyyəti oğrularla bölüşməyəcəyik”

Keniyanın müxalifət lideri: “Hakimiyyəti oğrularla bölüşməyəcəyik”
6-09-2017, 20:02 3219 dəfə baxılıb

Keniyanın müxalifət lideri Raila Odinqa deyir ki, onun koalisiyası hakimiyyəti “oğrularla” bölüşməyəcək. O bu sözləri Ali Məhkəmə prezident seçkisinin nəticələrini ləğv edəndən iki gün sonra söyləyib.

Bazar günü seçki kampaniyasını başladan Odinaqa prezidenti Uhuru Kenyatta və prezident köməkçisi Uilyam Rutonu ölkəni Keniya xalqının əlinə buraxmağa çağırıb.

Hazırda hakimiyyətdə olan Uhuru Kenyatta da bir gün öncə buna bənzər olaraq Yubiley partiyasının hakimiyyəti müxalifətlə bölüşməyəcəyini deyib və Ali Məhkəmə hakimlərini tənqid edib.

Bazar günü Ali Məhkəmə hakimləri Kenyattanın iradlarını “ədliyyəyə hücum” adlandırıb.

Keniya Sülh Çarşısı və Hakimlər Birliyi şənbə günü insanları “siyasi ritorikanı” məhəl qoymamağa çağırıb.

Keniyanın Ali Məhkəməsi seçki komitəsinin səsvermə zamanı baş verən “qanun pozuntuları” səbəbilə prezident seçkisinin nəticələrini ləğv edib. Məhkəmə bu qanun pozuntularını seçkinin legitimliyinə ziyan vurduğunu deyib.

Seçki günündən bəri müxalifət koalisiyası Milli Super Alyans seçki sisteminə xələl gətirdiyini deyib.

Keniyanın konstitusiyasına əsasən, yeni seçkilər 60 gün ərzində keçirilməlidir 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ