SON DƏQİQƏ

PressDent.Info

Gürcüstanın Azərbaycana 9, Ermənistana 11 milyon borcu var

Gürcüstanın Azərbaycana 9, Ermənistana 11 milyon borcu var
14-08-2017, 19:21 6177 dəfə baxılıb

2017-ci il 31 iyul tarixinə olan məlumata əsasən Gürcüstanın xarici dövlət borcu və dövlət zəmanəti altında götürülən kreditlərin həcmi 4,9 milyard dollar təşkil edib.

Gürcüstanın Maliyyə Nazirliyinin yaydığı xəbərə görə, ümumi borcun 4,8 milyard dolları hökumətin payına düşür.

Gürcüstanın Azərbaycana dövlət borcu 9 milyon 342 min dollar təşkil edir.

Qonşu ölkənin ən çox Almaniya (284 milyon dollar), Yaponiya (208 milyon dollar) və Fransaya (təqribən 114 milyon dollar) dövlət borcu var.

Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana olan dövlət borcu müvafiq olaraq 18 milyon, 75 milyon və 11 milyon dollar təşkil edir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ