SON DƏQİQƏ

PressDent.Info

Maduronun oğlu Ağ Evi ələ keçirməklə hədələdi

Maduronun oğlu Ağ Evi ələ keçirməklə hədələdi
14-08-2017, 19:07 5307 dəfə baxılıb

Venesueladakı daxili qarşıdurma və etirazçılara qarşı hökumətin mövqeyini sərt tənqid edən, eyni zamanda, başda prezident Nikolas Maduro və ailəsi olmaqla, bır sıra dövlət məmurlarına sanksiyalar tətbiq edən ABŞ-ın hədələri qarşı tərəfdə ciddi etiraz doğurub.

Bir neçə gün əvvəl ABŞ prezidenti Donald Trampın “Venesuelaya hərbi müdqaxilə planı da masadadır” açıqlamasına isə rəsmi Karakasdan cavab gecikməyib.

Belə ki, Prezident Nikolas Maduronun oğlu Nikolas Maduro Guerra ötən gün Venesuela dövlət televiziyasında bir verilişə qatılaraq, ABŞ-ın təhdidinə hücumla cavab verəcəklərini bəyan edib.

O, bildirib ki, əgər ABŞ ölkəsinə hərbi müdaxilə edərsə, sərt əks cavabları olacaq: “Biz Amerikaya daxil olub, birbaşa Ağ Evi ələ keçirəcəyik”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ