SON DƏQİQƏ

PressDent.Info

Türkiyә ordusunda kütlәvi zәhәrlәnmә

Türkiyә ordusunda kütlәvi zәhәrlәnmә
18-06-2017, 16:36 9048 dəfə baxılıb

Manisa 1-ci Piyada Tәlim Tuqay Komandanlığı polkovnik Arif Seyhun әrazisindә tәxminәn 500 әsgәrin axşam yemәyindәn sonra halı pislәşdiyi üçün xәstәxanaya yerlәşdirilib. Manisa valisi Mustafa Hakan Güvәnçәr Mәrkәzәfәndi dövlәt xәstәxanasına gәlәrәk әsgәrlәri ziyarәt edib. Xәstәxanadan çıxarkәn açıqlama verәn Güvәnçәr әsgәrlәrin halının pislәşmәsinin sәbәbinin hәlә mәlum olmadığını bildirib. Hazırda bunun sәbәbini araşdırırıq. Pis olan odur ki, bәzi әsgәrlәrimizin vәziyyәti kritikdir, deyә vali bildirib.

Xatırladaq ki, Manisadakı eyni adlı tәlim komandanlığında may ayının 23-dә ürәk bulanma vә qarın ağrısı sәbәbi ilә 1049 әsgәrdәn 207-si xәstәxanalara yerlәşdirilmişdi. Bir әsgәr isә müdaxilәlәrә rәğmәn vәfat etmişdi.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ