SON DƏQİQƏ

PressDent.Info

Almaniya bu tədbirin təhlükəsizliyi üçün 32 milyon avro xərcləyəcək

Almaniya bu tədbirin təhlükəsizliyi üçün 32 milyon avro xərcləyəcək
18-06-2017, 16:26 4785 dəfə baxılıb

Almaniya hökuməti Gələn ay Hamburqda keçiriləcək G20 sammitində təhlükəsizliyi təmin etmək üçün 32 milyon avro xərcləyəcək.

Bu barədə Almaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məbləğin 21 milyonu polislərə sərf olunacaq. Bura həmçinin əməkdaşların yerləşdirilməsi, nəqliyyat xərcləri də daxildir.

9,6 milyon avro Cinayət İşləri üzrə Federal Xidmətə ayrılacaq. 1,5 milyon avro isə texniki xidmətlər üçün nəzərdə tutulub.

Məlumata görə, Hamburq rəhbərliyinə ümumilikdə 50 milyon avro vəsait ayrılıb. Bu vəsaitin nə qədərinin xərclənəcəyi isə tədbirdən sonra məlum olacaq.

Qeyd edək ki, G20 sammiti iyulun 7-də başlayacaq və iki gün davam edəcək.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ