SON DƏQİQƏ

PressDent.Info

Norveç məktəblərində niqab qadağan ediləcək

Norveç məktəblərində niqab qadağan ediləcək
13-06-2017, 19:15 8352 dəfə baxılıb

Norveç hökuməti parlamentə məktəblərdə niqabı qadağan edən qanun layihəsi təklif edib.
Təhsil naziri Torborn Roe İsaksen bəyan edib ki, yeni qayda bağça, məktəb və universitetlərdə niqab, paranca və maskaların taxılmasını qadağan edəcək.
O bildirib ki, qadağa vacibdir, çünki üz örtüyü məktəbdə uşaqlarla şagirdlər arasında ünsiyyətə mane olur.
Qanunu pozanların necə cəzalandırılacağı barədə açıqlama verilmir.
Norveçdə niqab geyilməsi ilə bağlı vahid qayda yoxdur. Lakin yerli idarəetmə qurumları ictimai yerlərdə, həmçinin məktəblərdə niqabı qadağan etmək hüququna malikdirlər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ