SON DƏQİQƏ

PressDent.Info

İraq kürdləri müstəqillik referendumu keçirəcəklər

İraq kürdləri müstəqillik referendumu keçirəcəklər
8-06-2017, 18:13 8613 dəfə baxılıb

İraqda hökumət və Kürdüstan muxtariyyətinin regional höküməti sentyabrın 25-də müstəqillik referendumunun keçirilməsi barədə razılığa gəliblər.

Referendumun tarixi Ərbildə keçirilmiş toplantıda razılaşdırılıb.

Görüşə prezident Məsud Bərzani sədrlik edib.

İraqın mərkəzi höküməti kürdləri referendumu keçirməməyə çağırıb.

Qonşu İran, Türkiyə, Suriya və eləcə də ABŞ, tarixən müstəqillik əldə etməyə yönələn cəhdlərə etiraz ediblər.

Aprel ayında yüksəkvəzifəli kürd rəsmisi Hoşyar Zebari Reuters-ə bildirmişdi ki, referendumda “hə” səslərinin qalib gəlməsi müstəqilliyin mütləq sürətdə elan olunacağı demək olmayacaq.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ