SON DƏQİQƏ

PressDent.Info

Tramp iqlim müqaviləsindən çıxdı

Tramp iqlim müqaviləsindən çıxdı
2-06-2017, 16:20 9222 dəfə baxılıb

ABŞ prezidenti Donald Tramp ABŞ-ın iqlim dəyişikliyinə dair Paris razılaşmasında iştirakı ilə bağlı qərar verib.
Sənədə əsasən, Tramp seçki kampaniyası zamanı verdiyi vədi yerinə yetirərək ABŞ-ın razılaşmadan çıxmasını bəyan edəcək.
Yüzlərlə şirkət prezidenti Paris iqlim razılaşmasından çıxamamağa çağırıb. Bu da onu göstərir ki, razılaşmanın işgüzar dairələrdə nüfuzu artıb.
Seçki kampaniyası zamanı Tramp iqlim dəyişilməsinə dair elmi nəticələri saxta adlandırıb və seçkidə qələbə çalacağı təqdirdə razılaşmadan çıxmağı vəd edib.
ABŞ-ın Mars, Nike, Levi Strauss və Starbucks kimi şirkətləri bir neçə ay əvvəl Trampa məktub ünvanlayaraq bildiriblər ki, ekoloji təmiz iqtisadiyyata keçiddən imtina ABŞ-ın çiçəklənməsini təhlükə altına qoyur.
Teslanın yaradıcısı İlon Mask bildirib ki, prezidenti razılaşmadan çıxamamağa inandırmağa çalışacaq və Vaşinqton iqlim razılaşmasından imtina etsə, Ağ Evin biznes-şurasını tərk edəcək.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ