SON DƏQİQƏ

PressDent.Info

İsrail Trampın səfəri öncəsi fələstinlilərə iqtisadi güzəştlər tətbiq etdi

İsrail Trampın səfəri öncəsi fələstinlilərə iqtisadi güzəştlər tətbiq etdi
22-05-2017, 14:34 9744 dəfə baxılıb

İsrail hökuməti ABŞ prezidenti Donald Trampın səfəri ərəfəsi fələstinlilərə bir sıra iqtisadi güzəştlərin tətbiqinə qərar verib.

“Reuters” xəbər verir ki, bu, Trampın İsrail hökuməti qarşısında qaldırdığı məsələlərdən biri idi.

“İsrailin hərbi-siyasi kabineti Fələstində yaşayanların həyat şəraitini yüngülləşdirən iqtisadi tədbirlərə dəstək verib. ABŞ prezidenti Donald Tramp tərəflər arasında etibarın möhkəmlənməsi üçün belə bir xahişlə müraciət etmişdi”, – deyə hökumətin yaydığı bəyanatda bildirilir.

Məlumata görə, güzəştlər İordan çayının şimal və cənub hissəsində iki sənaye zonasının qurulmasını, Fələstin-İordaniya sərhəd məntəqəsində sutka boyu fasiləsiz keçidi də nəzərdə tutur.

Qeyd edək ki, bu gün Trampın İsrail və Fələstinə 2 günlük səfəri başlayır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ