SON DƏQİQƏ

PressDent.Info

Ukraynalılar Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedəcəklər

Ukraynalılar Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedəcəklər
18-05-2017, 15:42 16530 dəfə baxılıb

Bu gün Ukrayna hökumətinin iclasında Ukrayna və Türkiyə arasında xarici pasport olmadan, yalnız şəxsiyyət vəsiqəsinin vasitəsilə vətəndaşların səfər edə bilmələriylə bağlı sənəd təsdiqlənib. Ukrayna hökuməti bu sənədi müzakirə etmədən təsdiq edib.
Demək olar ki, beş il ərzində, 2012-ci ilin avqustundan, ukraynalılar Türkiyəyə viza olmadan səfər edə bilirdi. Amma bu son qərardan sonra səfər daha asan olacaq. Artıq səfər üçün heç xarici pasport da lazım deyil.
Sənədə əsasən, Ukrayna və Türkiyə vətəndaşları bir-birinə 180 gün ərzində 90 günlük səfər edə biləcəklər.

Ukrayna hökumətinin başçısı Vladimir Qroysman bu ilin martında Ankaraya səfəri zamanı hər iki ölkə vətəndaşının qarşılıqlı səfərləri haqqında saziş imzalayıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ