SON DƏQİQƏ

PressDent.Info

Ermənistanda ömürlük həbs cəzası alan Permyakov Rusiyaya verildi

Ermənistanda ömürlük həbs cəzası alan Permyakov Rusiyaya verildi
18-05-2017, 15:37 7134 dəfə baxılıb

Ermənistanda erməni ailəsinin qətlinə görə ömürlük həbsə məhkum edilən Rusiya əsgəri Valeri Permyakov cəzasını Rusiyada çəkəcək.

Bu barədə “PanArmenian” saytı mayın 18-də Ermənistanın ədliyyə nazirliyinə istinadla məlumat yayıb.

AzadlıqRadiosu Ermənistan xidmətinin məlumatına görə, Moskva onun Rusiya ərazisində ömürlük həbs cəzası çəkəcəyinə təminat verib.

Xatırladaq ki, Ermənistan Gümrü şəhərindəki 102-ci Rusiya bazasının əsgəri Valeri Permyakov 2015-ci il yanvarın 12-də Avetisyanlar ailəsinin 7 üzvünü avtomat silahla qətlə yetirib.

O, bundan sonra Türkiyəyə keçməyə cəhd göstərib, amma sərhədçilər tərəfindən saxlanıb.

Permyakov 2015-ci ilin avqustunda keçirilən məhkəmə prosesində qətl törətdiyini etiraf edib, amma ifadə verməkdən imtina edib.

Rusiyanın Hərbi Qarnizon məhkəməsi fərrariliyə görə Permyakovu 10 il azadlıqdan məhrum edib.

Ölümlə bağlı məhkəmə işini isə Ermənistan tərəfi aparıb və 2016-cı il avqustun 23-də ona ömürlük həbs cəzası kəsilib.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ