SON DƏQİQƏ

PressDent.Info

Almaniya hərbçiləri Türkiyəni tərk edə bilər

Almaniya hərbçiləri Türkiyəni tərk edə bilər
16-05-2017, 15:51 8613 dəfə baxılıb

“Financial Times” yazır ki, kansler Angela Merkel Ankara ilə diplomatik toqquşmanın ardınca Türkiyədə dislokasiya olunmuş Almaniya qoşununun bu ölkədən çıxarılması məsələsini nəzərdən keçirir.

Məqalədə deyilir ki, bu, NATO-nun Suriyadakı İŞİD-ə qarşı missiyasında fasilənin yaranmasına səbəb ola bilər.

Xanım Merkel bu addımı Türkiyənin, Almaniya parlament üzvlərinin İncirlik bazasına səfər etməsinə icazə verməməsi ilə bağlı atacağını bildirib.

İncirlik bazasındakı 250-dək alman hərbçi NATO-nun anti-İD kampaniyasında təyyarələrə yanacaq doldurulması və kəşfiyyat missiyalarını həyata keçirir.

Xanım Merkel bazar ertəsi deyib ki, millət vəkillərinin əsgərlərə baş çəkməsi mühüm məsələdir, beləki Almaniyada hərbiyyə məhz parlamentə tabedir.

Almaniya kansleri deyib ki, Ankara ilə danışıqlar davam etdiriləcək, lakin eyni zamanda Almaniya hərbi kontingentinin başqa ölkəyə dislokasiya edilməsinə hazırlıq aparılacaq.

Angela Merkel bunu da bildirib ki, hazırda İncirlik hərbi hava bazasına alternativ olaraq İordaniya bazalarından biri nəzərdən keçirilir.

FT yazır ki, Ankaranın Almaniya millət vəkillərinin İncirliyə səfər etməsinə icazə verməməsi, Berlinin 414 türk zabiti və onların ailələrinə Almaniyada sığınacaq verilməsinə cavab addımı kimi izah olunur.

Bu hərbçilər ötən ilin iyulunda Türkiyədə baş tutmamış hərbi çevriliş cəhdinin ardınca Erdoğanın hərbiyyəyə qarşı başlatdığı genişmiqyaslı repressiyalardan çəkinərək Almaniyadan siyasi sığınacaq istəmişdilər.

Berlin habelə iki Almaniya vətəndaşının – jurnalist Deniz Yücel və tərcüməçi Meşale Tolunun terror ittihamları ilə həbsxanada saxlanmasına etiraz bildirir.

Almaniya Erdoğanın repressiyalarından və bu yaxınlarda keçirilmiş referendum kampaniyasında səslənmiş antialman ritorikasından dəfələrlə narahatlıq bildirib.

Bu ilin əvvəllərində Almaniya hakimiyyət orqanları bir sıra Türkiyə siyasətçilərinin Almaniyada referendum təbliğatı aparmasına icazə verməmişdi.

Bundan başqa Angela Merkel Ankaranın ölüm cəzasını bərpa etməsinin Türkiyə üçün “qırmızı xətt” olduğunu bildirib.

FT yazır ki, ən yüksək cəzanın bərpası üçün referendum keçirilərsə, bu, Türkiyənin Avropa İttifaqına üzvlüyünə dair danışıqların sözün əsl mənasında sonu olacaq.

Lakin bununla belə, Erdoğanın bu razılaşmadan çıxacağına dair dəfələrlə səsləndirdiyi hədələrə baxmayaraq, Avropaya qaçqın axınının dayandırılması məqsədilə Almaniya tərəfindən dəstəklənən Avropa-Türkiyə sazişi qüvvədə qalır.

Ankara bu razılaşmanın əsas bəndlərindən birinin – Türkiyə vətəndaşlarına Şengen zonasına vizasız gediş-gəliş verilməsinin yerinə yetirilməməsindən acıqlıdır.

Brüsselsə bildirir ki, Türkiyə hətta çevriliş cəhdindən əvvəl də Aİ-yə üzvlük üçün, antiterror qanunları da daxil şərtləri yerinə yetriməmişdi.

Brüssel hesab edir ki, çevriliş cəhdindən sonra Türkiyədə on minlərlə insanın həbs edilməsi Ankaranın Aİ üzvlüyü perspektivlərini daha da ümidsiz edib.

Xanım Merkel və cənab Erdoğan NATO-nun gələn həftə Brüsseldə keçiriləcək sammitində görüşməlidirlər.

Almaniya millət vəkillərinin İncirliyə səfəri bir dəfə bundan əvvəl, ötən il də bloklanmışdı.

Bu, Almaniya parlamenti Bundestaq, 1915-ci ildə yer almış erməni qətliamlarının soyqırım kimi tanınmasına dair qətnamə qəbul etdikdən sonra baş vermişdi.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ