SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

Tramp necə impiçment oluna bilər?

Tramp necə impiçment oluna bilər?
15-05-2017, 16:05 24882 dəfə baxılıb

“The İndependent” yazır ki, vaxtilə Donald Trump-ın prezident seçkisində qalib gələcəyini proqnozlaşdırmış politoloq, indi onun FTB rəhbəri Comey-ni işdən çıxarması ilə bağlı impiçment edilməsi üçün kifayət qədər əsas olduğunu söyləyib.

1984-cü ildən bəri bütün ABŞ prezident seçkilərinin nəticələrini əvvəlcədən düz tapmış Allan Lichtman deyib ki, Trump-ın Comey-ni işdən çıxarması Nixon-un prezidentliyinə son qoymuş Watergate qalmaqalından daha ciddi məsələdir.

“O hətta indinin özündə impiçment edilə bilər, – deyib Lichtman Newsweek məcmuəsinə, – O artıq indiyədək ədalətə əngəl yaradıb, pul mükafatları haqqında (xarici hökumətlərin verdiyi hədiyyələr) qanunu pozub. Biz onun indi impiçment olunmasına çağırmırıq. Biz deyirik ki, impiçment təhqiqatına başlanmalıdır”.

Yeri gəlmişkən, Lichtman-ın “İmpiçment işi” (The Case for Impeachment ) kitabı bu yaxınlarda çapdan çıxıb.

Siyasət aliminin fikrincə, Trump-ın onun barəsində təhqiqat aparan şəxsdən loyallıq tələb etdiyinə dair iddilar isbat olunarsa, o avtomatik olaraq ədalətə əngəl yaratmaqda ittiham ediləcək.

“The İndependent” yazır ki, cənab Comey-nin vəzifəsindən kənarlaşdırılmasının ardınca Ağ Ev Trump-ın hərəkətlərini izah etməkdə çətinlik çəkib.

Ağ Ev rəsmiləri prezidenti demokratlardan və başqalarından müdafiə etmək üçün bildiriblər ki, Trump FTB başçısını, onun Rusiya ilə əalqələrini araşdırıdığına görə işdən çıxarıb.

Rəsmilərin verdiyi digər şərhlərdə isə deyilirdi ki, Comey Hillary Clinton-un email-ləri ilə bağlı təhqiqatı yarıtmaz apardığına görə postunu itirib.

Administrasiya isə bu hadisəni şərh edərkən Comey barədə baş prokuror Jeff Sessions və onun müavini Rod Rosenstein tövsiyələrini əsas gətirib.

Amma çox tez bir zamanda aydın olub ki, baş prokuror və müavininə tövsiyələri sonradan, Trump-ın hərəkətinə haqq qazandırmaq üçün yazdırılıb.

Halbuki prezident mediaya müsahibəsində demişdi: “Mən bu qərara gələndə özüm-özümə dedim: bu Rusiya və Trump məsələsini uydurublar ki, demokratlar seçkidəki məğlubliyyətlərinə haqq qazandırsınlar”.

O Comey-i “lovğa” və “şöhrətpərəst” adlandırıb. Trump deyib ki, FTB çətin vəziyyətdə idi.

Prezident iddia edib ki, guya Comey onu üç ayrı-ayrı halda əmin edib ki, o təhqiqatın obyekti deyil.

“Tövsiyələr olmasaydı da, mən onu çıxaracaqdım” – deyib Trump.

Bəzi xəbərlərə görə Trump Comey-dən prezidentə sədaqət andı içməsini tələb edib, halbuki FTB rəhbəri tam müstəqil bir vəzifədir.

Ağ Ev bu xəbərləri təkzib edib. Comey-ə yaxın mənbələr isə Trump-ın dediklərini inkar edirlər.

“The İndependent” yazır ki, yalnız iki prezident – Andrew Johnson və Bill Clinton Nümayəndələr palatası tərəfindən impiç olunub. Senat heç bir prezidentin impiçmentini qəbul etməyib.

Trump-ın impiçment edilməsi üçün Nümayəndələr palatasındakı respublikaçılar ona qarşı çıxmalıdırlar.

Buna alternativ olaraq 2018-ci ilin mövsümarası seçkilərində demokratlar qalib gəlsələr, onlar Trump-ın impiçmentinə başlaya bilərlər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ