SON DƏQİQƏ

PressDent.Info

Makronun Türkiyə əlaqələrində prioriteti nə olacaq?

Makronun Türkiyə əlaqələrində prioriteti nə olacaq?
9-05-2017, 15:36 18096 dəfə baxılıb

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni Fransa prezidenti seçilən Emmanuel Makronu telefonla təbrik edib. İki lider 25 mayda Brüsseldəki NATO sammitində ikitərəfli görüş keçirmək məsələsində razılığa gəlib. Türkiyə ilə Fransanın gələcək münasibətlərinin necə olacağı haqqında BBC-Türk üçün yazan Çağıl Kasapoğlu bu məsələləri belə şərh edir:

“Fransız müşahidəçilərə görə Avropanın demokratik dəyərlərinə verdiyi əhəmiyyət Makronun izləyəcəyi xarici siyasət baxımından Türkiyə ilə münasibətlərində də prioritet dərəcədə ölçülü olacaq. Ekspertlər insan hüquqlarının pozulması, demokratiya və ifadə azadlığı anlayışlarının Türkiyənin Fransada tənqid olunduğu mövzuların başında gəldiyini, Makronun da bu mövzular üzərində dayana biləcəyini söyləyir.
Emmanuel Makron seçki kampaniyası dövrü ərzində Türkiyəylə bağlı suallara dair açıqlamalarında da bu dəyərləri önə çıxardı.”

Müəllif xatırladır ki, Makron 16 aprel referendumundan sonra atdığı “tweet”lərində də Türkiyənin avtoritarlığa sürükləndiyini ifadə etdi və
və “əgər prezident seçilsəm, mübarizəyə davam edən Türk demokratlarına dəstək üçün hər şeyi edəcəyəm” dedi.

Kasapoğlu yazır ki, bu arada Türkiyədəki hadisələri yaxından izləyən fransız tarixçi Vincent Duclert də Makronun prezident seçilməsin işarə edərək, “bu, Ərdoğan Türkiyəsi üçün yaxşı bir xəbər deyil “deyib.
Almaniyada qarşıdan gələn 24 sentyabr seçkilərində Angela Merkelin yenidən seçilməsi halında Avropa Birliyinin “Macron-Merkel” ikilisiylə güclənəcəyini deyən Duclert vurğulayır ki, “bu iki lider Ərdoğanın təxribatlarına uzun müddət tolerantlıq göstərməyəcək.”

Beləliklə, yaxın gələcəkdə dünyanın ən gənc prezidenti Makronun Türkiyə ilə bağlı siyasətində demokratik dəyərləri prioritet götürəcəyinə dair böyük ümidlər var. Bunu iki liderin 25 may görüşünün ilkin nəticələrindən də anlamaq mümkün olacaq.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ