SON DƏQİQƏ

PressDent.Info

Venesuelada xalq etirazları səngimir

Venesuelada xalq etirazları səngimir
9-05-2017, 15:25 8091 dəfə baxılıb

Venesuelanın paytaxtı Karakasda polis və milli qvardiya etiraz aksiyasını dağıdarkən 60-dan çox adam müxtəlif xəsarətlər alıb. Onlardan 18 nəfəri gözyaşardıcı qazdan boğulma şikayəti ilə yardım istəyib.

Venesuela müxalifəti ölkə  prezidenti Nikolas Maduronun konstitusiyaya dəyişiklik edə biləcək qurumun yaradılması ilə bağlı qərarına etiraz edir.

Maduro belə bir qərarı mayın əvvəlində verib. O bunu bir aydan çoxdur etirazların səngimədiyi ölkədə sülhün yaradılması istəyi ilə izah edib.

Müxalifət isə hesab edir ki, bununla prezident onun istefasını tələb edən müxalifəti zəiflətmək istəyir.

Etirazlar başlayandan 37 nəfər həlak olub.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ