SON DƏQİQƏ

PressDent.Info

Rusiyada FSB-yə silahlı hücum!

Rusiyada FSB-yə silahlı hücum!
21-04-2017, 14:57 14442 dəfə baxılıb

Rusiyanın Xabarovsk şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) baş qərargahına edilən silahlı hücumda 1 nəfər ölüb, 1 ziyarətçi yaralanıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) ölkənin uzaq şərqində yerləşən Xabarovsk şəhərindəki baş qərargahına silahlı bir adam tərəfindən atəş açılıb.

“Russia Today”in xəbərinə görə, şəxsiyyəti bilinməyən şəxs təhlükəsizlik nəzarəti nöqtəsindən atəş açaraq bir FSB səlahiyyətlisini öldürüb, bir ziyarətçini də yaralayıb. Təhlükəsizlik qüvvələrinin cavab atəşiylə hücum edən şəxsin öldürüldüyü açıqlanıb. Bölgədə əlavə dəlillərin toplandığı söylənərkən, hadisə ilə əlaqədar əlavə detal verilməyib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ