SON DƏQİQƏ

PressDent.Info

Trampın kürəkənindən İraqa gizli ziyarət

Trampın kürəkənindən İraqa gizli ziyarət
3-04-2017, 14:15 17313 dəfə baxılıb

ABŞ prezidenti Donald Trampın  baş məsləhətçisi olaraq Ağ Evdə çalışan kürəkəni  Jared Kushner Baş qərargah rəisi Cozef Dunford ilə birlikdə İraqa gedib.

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin terror təşkilatı DEAŞ-ın əlində olan Mosulu geri almağa hazırlaşdığı dövrdə Kushnerin İraq səfərinin məqsədi müəmmalı qalıb.

Prezident Trampın baş məsləhətçilərindən olan 36 yaşlı kürəkəninə ABŞ-ın  başqa ölkələrlə əlaqələrini  müəyyən edən Xarici işlər naziri Rex  Tillersonun səlahiyyətlərinə bərabər səlahiyyət verilməsi Amerika mediası və ictimaiyyəti tərəfindən təpki ilə qarşılanıb.

Kushnerin İraq səfərinin səbəbi açıqlanmadığı halda, Amerika mediası ABŞ prezidenti Donald Trampın keçdiyimiz aylarda dediyi bu sözlərini də yenidən gündəmə gətirib:  “ABŞ İraqdan geri çəkilərkən bu ölkədəki neftə nəzarət edəcək bir strategiya ilə geri çəkilmədi. Əgər nefti almış olsaydıq, DEAŞ da olmazdı. Yaxın şərqə 6 trilyon dollar xərclədik və bu gün ölkəmiz dağılır.”

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ