SON DƏQİQƏ

PressDent.Info

Livanlı erməni nazir TV-də Türkiyəyə nifrət püskürüb

Livanlı erməni nazir TV-də Türkiyəyə nifrət püskürüb
1-04-2017, 16:14 15573 dəfə baxılıb

MTV Livan kanalında çıxış edən Erməni Daşnak Partiyasının sədr müavini və Livan Turizm naziri Avadis Kaydanyanın söylədiyi sözlər qalmaqal yaradıb. Kaydanyan Türkiyəyə nifrət püskürüb.  Erməni nazir: “Türkiyədə bu an çox problem var. Bu vəziyyətdən çox xoşbəxtəm ” deyib.

“Türkiyəli turistlərin Livana gəlməsini təbliğ edə bilərsinizmi?” sualına isə nazir bu cavabı verib:

” Türkiyə ilə uzaqdan, yaxından əlaqəsi olan heç bir şeyi təbliğ etmirəm. Onların heç bir məhsulunu tövsiyə etmirəm və onlarla hər hansı bir əlaqənin qurulmasını istəmirəm. Livan hökumətində nazir olmağım bu şəxsi fikirlərimi söyləməyimə icazə vermir. Buna baxmayaraq, mən nəyə inansam, onu söyləyirəm. Bir fərd olaraq Türkiyə xalqının Livana gəlməsini əngəlləyə bilmərəm, ancaq onları hava limanında da qarşılamaq istəmirəm. ”

Proqram aparıcısının Livan ilə Ermənistan arasında seçim etməsi lazım olsa, hansını seçəcəyini sualına da  Kaydanyan Ermənistanı seçim edəcəyini söyləyib.

Bu sözlərə sosial mediadan böyük etiraz yağıb. Bir çox livanlı “Kaydanyan, üzr dilə, istefa et” kampaniyası başladıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ