SON DƏQİQƏ

PressDent.Info

Türkiyə kəşfiyyatı Almaniyada yüzlərlə adamı izləyib

Türkiyə kəşfiyyatı Almaniyada yüzlərlə adamı izləyib
29-03-2017, 14:17 9483 dəfə baxılıb

Türkiyənin MİT kəşfiyyat xidməti Almaniya ərazisində Fethullah Gülen hərəkatına mənsub olduğu güman edilən yüzlərlə adamı izləyib, Almaniya mediası bildirir.

Əməliyyatın miqyası barədə məlumat MİT rəhbəri izlənən adamların siyahısını almaniyalı həmkarı Bruno Kahl-a təqdim etdikdən sonra məlum olub.

Həmin siyahıda Türkiyə xidmətləri tərəfindən izlənilən şəxslərin ünvanları, telefon nömrələri və şəkilləri kimi məlumatlar əks olunub.

Bir vaxtlar Recep Tayyip Erdoğanın siyasi müttəfiqi olmuş Fethullah Gülen hazırda ABŞ-da könüllü mühacirətdə yaşayır.

Türkiyə onun Ankaraya təhvil verilməsini tələb edir.

Ankara cənab Güleni ötən ilin iyulunda baş vermiş çevriliş cəhdinin təşkilində ittiham edir.

Ötən il Türkiyə hakimiyyəti Gülenin həbsinə order verib.

Fethullah Gülen ittihamları rədd edir.

İzlənmələr barədə xəbər Türkiyənin Avropada referendum təbliğatının keçirilməsilə əlaqədar qalmaqal fonunda peyda olub.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Avropada referendumla bağlı bəzi toplantıların ləğv edilməsini “nasist dövrünə” bənzədib.

“Sizin indiki davranışlarınız keşmişdəki nasist davranışlarınızdan heç də fərqli deyil, bunu bilin”.

Aprelin 16-na təyin olunan referendum Recep Tayyip Erdoğanın səlahiyyətlərini daha da artıracaq.

Altı Avropa ölkəsində yaşayan Türkiyə vətəndaşları referendumda səsverməyə başlayıblar. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ