SON DƏQİQƏ

PressDent.Info

Qadın baş nazirlərlə bağlı “ayaq” manşeti narazılıq doğurdu

Qadın baş nazirlərlə bağlı “ayaq” manşeti narazılıq doğurdu
28-03-2017, 14:30 15921 dəfə baxılıb

İngiltərədə yayımlanan “Daily Mail” qəzetinin Baş nazir Tereza May və Şotlandiya Muxtar vilayətinin Baş naziri Nikola Styurqeonın görüşü haqqında yazdığı başlıq narazılıq yaradıb. Qəzetdəki məqalənin manşeti “”Brexit”i burax, ayaq yarışını kimin qazandığına bax” formasında idi.

Qəzet ingiliscə səslənən “legs-it” (kimin ayaqları) və Britaniyanın AB-dən ayrılma prosesi üçün istifadə olunan “Brexit” ifadələri ilə söz oyunu qurdu. “Daily Mail”in qadın yazıçılarından Sarah Vine yazısında Şotlandiyanın ikinci müstəqillik referendumu tələbi məsələsində “ayaq döyüşlərini” Meyin razı etməyə çalışdığı Styurqeonın qazandığını yazdı.

Yazar “ən yaxşı silahlarını istifadə etdilər: ayaqlar…” yazınca,
Qəzetin “Twitter”ə qoyulan ana səhifəsi həm siyasətçilərin, həm də ictimaiyyətin böyük təpkisinə səbəb oldu. Qəzeti ilk tənqid edənlər İşçi Partiyasının qadın millət vəkilləri Harriet Harman və Yvette Cooper oldu. Cooper “Tweitter” mesajında ​​”İl 2017. İki qadının qərarı Birləşmiş Krallığın varlığını davam edib-etdirməyəcəyini müəyyənləşdirəcək. Və qəzetin manşeti ayaqlar” dedi.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ