SON DƏQİQƏ

PressDent.Info

Merkel: Almaniya Türkiyə ilə gərginlik istəmir

Merkel: Almaniya Türkiyə ilə gərginlik istəmir
23-03-2017, 16:04 21576 dəfə baxılıb

Almaniyanın Baş naziri Angela Merkel yerli radio kanalının suallarını cavablandırarkən, Türkiyə ilə bağlı məsələlərə də geniş yer verib.

Merkel Prezident Rəcəb Tayyib Ərdoğanın Almaniya və Avropaya ünvanlı dediyi sərt sözlərə baxmayaraq, Türkiyə ilə yaşanan böhranın aradan qalxmasına tərəfdar olduğunu söyləyib.

Hər zaman dialoq axtarışında olduğunu deyən Merkel “Almaniya Türkiyə ilə əlaqələrdə gərginlik istəmir” fikrini səsləndirib. O, problemlərin ancaq danışıq yolu ilə həll edilə biləcəyini vurğulayıb.

Türk hökumət nümayəndələrinin Almaniyada keçirilməsi planlaşdırılan referendum tədbirlərindən imtina etməsini məmnunluqla qarşıladığını söyləyən Merkel, bunun vəziyyətin yumşalmasına kömək olacağını bildirib.

Merkel Almaniyada yaşayan türklərin 27 martdan etibarən səs verə biləcəyini xatırladaraq, “bu səbəbdən, referendum fəaliyyətləri onsuz da sona çatmışdır” deyib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ