SON DƏQİQƏ

PressDent.Info

London teraktı: ölü sayı 5-ə çatdı; şübhəlilər həbs edilib FOTO VİDEO

London teraktı: ölü sayı 5-ə çatdı; şübhəlilər həbs edilib FOTO VİDEO
23-03-2017, 15:36 24360 dəfə baxılıb

Martın 22-də Londonun mərkəzində, parlament binası önündə törədilən terror nəticəsində yaralananlardan 5-i dünyasını dəyişib.

Ölənlərdən biri həmin vaxt parlament biansı önündə növbə çəkən polis əməkdaşıdır. Onu hücumçu bıçaqlamışdı. Polis əməkdaşı aldığı yaradan dünyasını dəyişib.

Son məlumata görə, yaralıların sayı isə 40 nəfərdən çoxdur. Yaralılardan 7-nin vəziyyəti kritikdir.

Hadisə ilə bağlı 7 nəfərin şübhəli kimi saxlanıldığı bildirilir.

Terror aktını kimin və ya hansı qruplaşmanın törətdiyi haqda hələlik rəsmi açıqlama verilməyib. Terrora qarşı polis alayının rəisi Mark Rouli ötən gecə keçirdiyi brifinqdə yalnız bunu deyib ki, terroçunun kimliyi müəyyən edilib, lakin açıqlanması hələlik tezdir.

Ehtimallara görə, terroru Abu İzzadin törədib

Britaniya mətbuatı isə yazır ki, London terrorunu törədən Abu İzzadin ola bilər. Bu barədə ilk olaraq İndependent xəbər verib, lakin az sonra məlumat silinib. Həm də Trevor Bruks adı ilə tanınan Abu İzzadin radikal dini icma rəhbəri kimi məşhurdur.

BBC xəbər verir ki, Abu İzzadin hazırda həbsdədir

BBC isə xəbər verib ki, Abu İzzadin hazırda həbsdədir və terroru kimsə başqası törədib.

Rəsmi məlumata görə, hazırda hadisənin əhatə dairəsi, terrorçu ilə əlaqəli mümkün şəxslərin kimliyi araşdırılır. İstintaq bu qənaətdədir ki, hücumçunun beynəlxalq terror şəbəkəsi ilə bağlılığı var.

***

22.03.2017

Londonda Böyük Britaniya parlamentinin binası yaxınlığında silahlı insident baş verib. İlkin məlumata görə, ərazidə naməlum bir şəxs ətrafa atəş açıb. Xarici KİV şahidlərə isitnadla bildirib ki, parlament binası yaxınlığında atəş səsləri eşidilib. Ərazi polis qüvvələri ilə əhatəyə alınıb, vertolyotla ərazi nəzarətə götürülüb.

İnsident zamanı 20-yə yaxın insanın yaralandığı, 4 nəfərin öldüyü deyilir.

Nisbətən dəqiqləşmiş məlumata görə, naməlum hücumçu bıçaqla silahlanıbmış və qarşısına keçəni yaralayaraq parlament binasına doğru irəliləyirmiş. Polis atəş açaraq onu zərərsizləşdirib, yəni öldürüb. Bir nəfər polis əməkdaşının da bıçaqlandığı bildirilir.

Eyni zamanda parlamentin yanında yerləşən Westminster körpüsündə bir maşının onlarla insanı vurduğu deyilir. Maşın daha sonra parlament binasını əhatə edən barmaqlıqlara çarpılıb.

Hadisə ilə əlaqədar parlamentin iclası dayandırılıb və binadakılara çölə çıxmaq qadağan edilib.

Hadisə yerinə yaxın olan Vestministr metrostansiyası da bağlanıb.

Britaniya polisi körpünün üzərində avtomobillə törədilən qəsdin və bıçaqlı hücumun bir-birinə bağlı olduğunu bildirib və hadisəni terror aktı adlandırıb.

 

 

We're being moved away, police shutting down tube station

 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ