SON DƏQİQƏ

PressDent.Info

ABŞ senatorları Trampın müsəlman qadağasına qarşı

ABŞ senatorları Trampın müsəlman qadağasına qarşı
14-03-2017, 16:18 18531 dəfə baxılıb

ABŞ-ın Demokratlar partiyasının 30 Amerika senatorundan ibarət qrup bəyan edib ki, diskriminativ olduğu üçün  Donald Trampın sonuncu immiqrasiya sərəncamının ləğvinə çalışacaqlar.

“Sərəncam Vaşinqtonun terrorizmlə mübarizədə tərəfdaşları ilə əməkdaşlığının genişləndirilməsi nöqteyi-nəzərindən ziyanvericidir”, – deyə təşəbbüs qrupunun sədri, hüquq komitəsində demokratların fraksiyasının rəhbəri Dayan Faynstayn vurğulayıb. Onun sözlərinə görə, Ağ Evin direktivi milli təhlükəsizliklə bağlı heç nə ifadə etmir, bu, sadəcə müsəlmanların ABŞ-a giriş qadağası ilə bağlı Trampın seçkiqabağı vədini yerinə yetirməsidir.

Martın 6-da prezident Tramp müsəlmanların çoxluq təşkil etdiyi 5 müsəlman ölkəsindən qaçqınların ABŞ-a girişinə qadağa qoyan yeni sərəncam imzalayıb. Bu ölkələr Suriya, İran, Somali, Sudan və Yəməndir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ