SON DƏQİQƏ

PressDent.Info

Britaniya parlamenti Breksit qanun layihəsini təsdiqlədi

Britaniya parlamenti Breksit qanun layihəsini təsdiqlədi
14-03-2017, 16:15 9831 dəfə baxılıb

Bazar ertəsi günü Britaniya parlamentinin lordlar palatası hökumətə ölkənin Avropa Birliyindən çıxma prosesini başlatmaq hüququ verən qanun proyektinin son variantını təsdiq edib. Bundan əvvəl o, icmalar palatası tərəfindən təsdiq edilmişdi. Baş nazir Tereza Mey artıq 14 martda Breksit prosedurunun başladığını elan edə bilər.

Hökumət qanun  proyektini parlamentə yanvarın axırı təqdim edib və layihənin dəyişikliyə uğramamağı ilə bağlı təkid edib. Aşağı palata hökumətin təklifini təsdiq edib, ancaq hökumətin çoxluq təşkil etmədiyi lordlar palatası martın əvvəlində qanun layihəsinə iki dəyişiklik gətirib. Birincisi, ölkə ərazisində olan AB ölkələri vətəndaşlarına zəmanət verilməsi, digəri isə hökumətin AB-dən çıxma fəaliyyətini dayandırmaq imkanından parlamentin azad edilməsi ilə bağlıdır. Bundan sonra aşağı palata dəyişiklikləri rədd etsə də, lorlar palatası qanunu onlarsız qəbul edib.

Böyük Britaniyanın Avropa Birliyindən çıxma prosesi 31 martda başlamalıdır və bu, iki il çəkə bilər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ