SON DƏQİQƏ

PressDent.Info

Amerika Çinin Koreya təkliflərini rədd edib

Amerika Çinin Koreya təkliflərini rədd edib
9-03-2017, 17:00 12006 dəfə baxılıb

Amerika Çinin Asiya bölgəsindəki hərbi fəaliyyətlərini dayandırması müqabilində, Şimali Koreyanın da raket və nüvə sınaqlarına son verməsi təklifini rədd edib. ABŞ Xarici işlər nazirliyi təklifin “tətbiq oluna bilən razılaşma” olmadığını söyləyərkən, ölkənin BMT-dəki səfiri Nikki Haley də Şimali Koreyanın “şüurlu” davranmadığını bildirib.
Çinin bu təklifi Şimali Koreyanın dörd ballistik raket sınayaraq, beynəlxalq qaydaları pozmasından sonra gündəmə gəmişdi. ABŞ bu sınaqların ardından Cənubi Koreyada raket müdafiə sistemi qurmağa başlayıb. Bundan başqa, Cənubi Koreya ordusu ilə birlikdə illik böyük hərbi manevr də davam edir. Bu ortaq manevrlər Şimali Koreyanın qıcıqlanmasına gətirib çıxarır.
Çinin Xarici işlər naziri Vanq Yi açıqlamasında Koreya yarımadasındakı təhlükəsizlik vəziyyətini “heç yavaşlamadan bir-birinə doğru irəliləyən iki sürətli qatara” bənzədib.
Vanq bütün tərəflərin qarşılıqlı hərbi fəaliyyətləri təxirə salmaqla, müzakirələrə yenidən başlamağın vacibliyini bildirib. Ancaq ABŞ Xarici işlər naziri Mark Toner bu təklifin “almalarla portağalların” müqayisəsinə bənzədiyini deyib: “Cənubi Koreya ilə hərbi əməkdaşlıq çərçivəsində atdığımız addımlar, Şimali Koreyanın beynəlxalq hüquqa zidd şəkildə etdikləri ilə heç cür müqayisə oluna bilməz.”
BMT Təhlükəsizlik Şurası çərşənbə günü Şimali Koreyanın məsələsini görüşmək üzrə fövqəladə olaraq toplanıb və son raket sınaqları daha sərt şəkildə qınanıb. Təhlükəsizlik Şurası Şimali Koreyanı regional silahlanma yarışı başlamaq riski alaraq, “getdikcə sabitliyi daha pozacaq tərzdə davranmaqda” günahlandırıb

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ