SON DƏQİQƏ

PressDent.Info

Almanlar Ərdoğanın mitinq hazırlığından narahatdır

Almanlar Ərdoğanın mitinq hazırlığından narahatdır
21-02-2017, 20:24 24273 dəfə baxılıb

Almaniyada türklərin sıx yaşadığı Şimali Ren Vestfalya əyalətinin hökuməti Türkiyənin baş naziri Binəli Yıldırımdan sonra prezident Ərdoğanın da Almaniyada bir referendum mitinqi hazırlamasına narazılığını ifadə edib.

Əyalətin Tənzimləmə naziri Reyner Şemeltzer mətbuata açıqlamasında “ölkədə yaşayan Türkiyə mənşəli insanların sayının yüksək olması səbəbindən Ərdoğanın da Almaniyada mitinq hazırlamasını düşündüklərini” bildirib.

“Şimal Ren Vestfalya əyalətində bölünməyi qızışdıracaq bu cür tədbirlərin cəmiyyətimizə uzanması istənilmir” deyən Tənzimləmə naziri Şemeltzer məsələni böyük narahatlıqla təqib etdiklərini bildirib. Məsələdə qanuni olaraq əllərinin bağlı olduğunu vurğulayan Şmeltzer federal hökumətin diplomatik yollardan hərəkətə keçməsini istəyib.

Şmeltzer Türkiyənin baş naziri Binəli Yıldırımın şənbə günü Oberhauzendə qatıldığı mitinqə bənzər tədbirlər səbəbindən əyalət rəhbərliyinin “şiddətli qarın ağrısı” çəkdiyini, ancaq bununla birlikdə “düşüncə və toplaşma azadlığına hörmət” lazım olduğuna diqqət çəkib.

Baş nazir Binəli Yıldırımın şənbə günü təşkil etdiyi mitinqə alman siyasətçilərdən gələn reaksiyalar isə davam edir. Sol Partiya Federal Məclis Qrup Başçısı Sahra Vaqenknext Yıldırımın Oberhauzendə mitinq keçirməsinə icazə verilməsini sərt sözlərlə tənqid edib. O, “Merkel bunu əngəlləyə bilərdi və əngəlləməliydi də” deyib. Vaqenknext federal hökumətin Almaniyada bu cür mitinqlərə icazə verərək “İslamçı bir diktatorluğa kampaniya aparma imkanı yaratdığını” bildirib.

Yaşıllar Partiyasının həmsədri Cem Özdəmir də Sosial Demokrat Partiyası və Xristian Birlik Partiyalarına öz sıralarındakı Ərdoğan tərəfdarlarına qarşı tədbirlər görülməsi çağırışı edib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ