SON DƏQİQƏ

PressDent.Info

Almaniya mühacirləri cib telefonları ilə yoxlayacaq

Almaniya mühacirləri cib telefonları ilə yoxlayacaq
21-02-2017, 20:01 11049 dəfə baxılıb

Almaniya Federal Daxili İşlər Nazirliyi ölkəyə gələn mühacirlərin etimadnaməsini təsdiq və ya təmin etmək üçün mobil telefonu məlumatlarının araşdırılmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb.

Qanun layihəsinin hazırlanmasına əsas olaraq o göstərilir ki, sığınacaq müraciətində olanların şəxsiyyətini təyin etmək təşkilatları haradasa həlli qeyri-mümkün olan problemlərlə üz-üzə qoyur. Ölkədən çıxarılma proseslərinin hüquqi mərhələsi də illərcə sürə bilir. Bir şəxsin şəxsiyyəti və gəldiyi ölkə açıq ortaya çıxarılmadığı müddətə qədər rəsmi qurumların əl-qolu bağlı qalır. Almaniya Daxili İşlər Nazirliyi bu üzdən bir izləmə qərarı alıb. Bu barədə ölkədə çıxan “Märkische Oderzeitung” qəzeti yazıb:

“Almaniyaya gələn hər kəsin şəxsiyyətinin detallarını açıqlayan sənədi yoxdur, ancaq çoxunun cib telefonu var. Cib telefonu üzərindən sığınacaq axtaranların Almaniyaya gələrkən keçdiyi marşrutu və gerçək şəxsiyyətlərinə dair daha etibarlı məlumatlara çatmaq mümkündür. Cib telefonu bu məsələdə ikinci bir şəxsiyyət funksiyası yerinə yetirəcək. Bununla o “şəxsiyyət” vasitəsi əsasında cinayət potensialı olduğu təyin edilən və ya təhlükəli sayılanlar bundan sonra gizli iş görməkdə çətinlik çəkəcək.”

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ