SON DƏQİQƏ

PressDent.Info

Rusiya İrana daha 31 ton uran göndərdi

Rusiya İrana daha 31 ton uran göndərdi
8-02-2017, 17:10 25839 dəfə baxılıb

Ötən gün Rusiyadan İrana uran konsentratın sonuncu partiyası tədarük edilib. APA-nın “Press-TV” telekanalına istinadən verdiyi xəbərə görə, 31 ton uran İranın İsfahan şəhərinə çatdırılıb.

Uran konsentratının İrana tədarükü dörd mərhələdə həyata keçirilib. Ümumilikdə İrana 149 ton “sarı kek” adlandırılan uran konsentratı tədarük olunub.

Qeyd edək ki, İranın nüvə proqramı üzrə razılaşmanın bütün iştirakçıları Rusiyadan İrana uran konsentratının tədarük edilməsinə razılıq verib.

14 iyul 2015-ci il tarixli razılaşmaya əsasən, İran az zənginləşdirilmiş (zənginləşdirilmə səviyyəsi 3,67 faiz) uran istehsal etmək hüququna malikdir. Lakin ölkədə bu nüvə materialının ehtiyatı 300 kq-dan çox olmamalıdır. Nüvə materialı artıq olarsa, ölkədən ixrac edilməlidir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ