SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

“Tramp və Putin Avropanın xəritəsini yenidən çəkmək istəyirlər”

“Tramp və Putin Avropanın xəritəsini yenidən çəkmək istəyirlər”
8-02-2017, 17:00 29319 dəfə baxılıb

“The İndependent” bir qrup fransız siyasətçilərinə istinadən yazır ki, Donald Trump və Vladimir Putin böyük bir ehtimalla Avropanın xəritəsini öz istəklərinə uyğun olaraq yenidən çəkmək üçün cəhd edəcəklər.

Onlar bildirirlər ki, Britaniya hökuməti Avropa İttifaqından ayrıldıqdan sonra nəyin bahasına olursa-olsun ABŞ-la ticarət müqaviləsi bağlamağa can atır və Amerikanın yeni prezidenti bundan fürsətlənərək Aİ-ni sarsıtmaq və zəiflətmək yolu tuta bilər.

Theresa May Trump-ın prezident seçilməsindən sonra Ağ Evə səfər edən ilk ölkə başçısı olub və tərəflər öz aralarında ticarət sazişinin bağlanacağı barədə bəyanat veriblər.

Avropa diplomatları bildirirlər ki, London dəfələrlə “Trump kartını” oynamağa çalışıb və ölkənin Aİ-dən ayrılmasının onun iqtisadiyyatına təsir etməyəcəyini iddia edib.

Cənab Trump və onun rəsmiləri Avropa İttifaqına qarşı açıq bəyanatlar səsləndiriblər və Fransanın keçmiş baş naziri Jean-Pierre Raffarin deyib ki, ABŞ administrasiyası Avropa ölkələri ilə britaniyasayağı ikitərəfli müqavilələr imzalamaqla Avropa İttifaqının birliyini məhv etməyə cəhd edib.

“Cənab Trump Aİ-ni Brexit-in girovuna çevirməyə çalışır” – deyib Raffarin.

Cənab Raffarin bildirib ki, Vladimir Putin və onun həmkarları da Qərbi zəiflətmək məqsədilə eyni sxemlərdən istifadə etmək istəyə bilərlər.

Keçmiş baş nazir bildirib ki, Trump-ın problemi onun tamamilə proqnozlaşdırılan olmamasıdır.

Hazırda Fransa Senatının Aİ Komitəsinin sədri olan Raffarin Londona səfəri zamanı deyib ki, “ABŞ özünə dost ölkələrlə ikitərəfli müqavilələr istəyir. Biz belə yanaşmanı qəbul edə bilmərik. Avropa İttifaqı birliyini qoruyub saxlamalıdır”.

“Rusiyaya gəldikdə isə biz gözləməliyik. Lakin belə görünür ki, Putin Avropa İttifaqına NATO kimi baxır və o da ikitərəfli müqavilələrin tərəfdarıdır” – deyib keçmiş Fransa baş naziri.

“Cənab Trump və cənab Putin Avropanın yeni xəritəsini özlərinin istədiyi kimi cizgiləməyə çalışacaqlar” – deyib Raffarin.

Cənab Raffarin onu da əlavə edib ki, Almaniya kansleri Angela Merkel də vəziyyəti məhz bu şəkildə qiymətləndirir.

Onun fikrincə, Almaniya vahid Avropanın tərəfdarıdır və bu mənada Fransa ilə həmfikirdir.

Bundan əvvəl Avropa İttifaqının liderləri Britaniya baş nazirinin Brüssellə Washington arasında körpü olmaq istəyini rədd ediblər.

Ötən həftə Aİ-nin Maltada keçirilən sammitində Fransa prezidenti Francois Hollande demişdi ki, Brexitdən sonra Fransa BMT Təhlükəsizlik Şurasında Avropa İttifaqını təmsil edən yeganə ölkə olacaq.

Xanım Merkel isə deyib ki, xanım May ilə hətta ABŞ səfəri barədə söhbət də etməyib.

Litva prezidenti Dalia Qribauskayte isə rişxəndlə Avropaya körpü lazım olmadığını söyləyib: “Biz Amerika ilə Tvitter vasitəsilə danışırıq”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ