SON DƏQİQƏ

PressDent.Info

Trampdan narazı qalan məhbuslar nəzarətçiləri girov götürüb

Trampdan narazı qalan məhbuslar nəzarətçiləri girov götürüb
2-02-2017, 16:07 32973 dəfə baxılıb

ABŞ həbsxanasında prezident Donald Trampın siyasətindən narazı qalan məhbuslar 5 nəzarətçini girov götürüb.

İnsident Delaver ştatının Smirna şəhərində qeydə alınıb.

 Məhbuslardan biri yerli qəzetlə əlaqə saxlayaraq bildirib ki, girovlar Trampın yeritdiyi siyasətə etiraz olaraq götürülüb: “Səbəb Tramp və onun atdığı addımlardır. Əminik ki, onun hakimiyyətə gəlişi ilə həbsxanalarda vəziyyət  pisliyə doğru dəyişəcək”.

Məlumata əsasən, həbsxananın ətrafına çox sayda polis qüvvələri cəlb edilib. Yüngül yaralanan girovlardan birinin sərbəst buraxıldığı bildirilir. Digər girovların vəziyyəti barədə məlumat verilmir. Hazırda polis onların azad edilməsi ilə bağlı danışıqlar aparır.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ