SON DƏQİQƏ

PressDent.Info

ABŞ əhalisinin yarıdan çoxu Barak Obamanı dəstəkləyir

ABŞ əhalisinin yarıdan çoxu Barak Obamanı dəstəkləyir
17-01-2017, 16:53 26274 dəfə baxılıb

ABŞ-ın hazırkı prezidenti Barak Obamanın ölkə əhalisi arasında populyarlıq reytinqi 58% təşkil edir.

Bunu “Gallup” ictimai rəy institutunun araşdırması göstərir.

Sosioloqların məlumatına görə, son aylarda B.Obamanın populyarlıq səviyyəsi cüzi azalıb, hərçənd buna qədər artım müşahidə olunub. 2015-ci ilin sonunda respondentlərin 50%-i onun haqqında müsbət fikirdə idisə, 2016-cı ilin sonunda ABŞ-da baş tutan prezident seçkilərindən sonra bu göstərici 62%-dək artıb.

Məlumatda qeyd olunub ki, B.Obamanın populyarlığının pik nöqtəsi onun 2009-cu ilin yanvar ayındakı andiçməsi dövründə olub – 78%. Bu baxımdan ən aşağı göstərici isə 2014-cü ilin noyabrında qeydə alınıb. O zaman ölkə əhalisinin yalnız 42%-i onu dəstəkləyib.

Qeyd edək ki, sorğunun nəticələri institutun 2017-ci il yanvarın 4-dən 8-dək ABŞ ərazisində yaşayan, yaşı ən azı 18 olan təsadüfi seçilmiş 1032 nəfərlə telefon müsahibəsi əsasında müəyyənləşdirilib.

(report)

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ