SON DƏQİQƏ

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.

16:22 - Zərdab rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyatçısı Polis Leytinantı Anar Kamil oğlu Baxışlı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

16:05 - Millət Vəkili Nizami Səfərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

PressDent.Info

“Trump dosyesini yazan” Britaniya casusu gizlənib

“Trump dosyesini yazan” Britaniya casusu gizlənib
12-01-2017, 17:40 33147 dəfə baxılıb

“The Daily Telegraph” yazır ki, Donald Trump barədə ifşaedici dosyeni tərtib etmiş keçmiş MI6 zabiti onun kimliyi ABŞ-da açıqlandıqdan sonra “həyatnın təhlükədə olmasından narahatdır”.

Məqalədə deyilir ki, adının tezliklə açıqlanacağını hiss edən 52 yaşlı Christopher Steele Surreydəki evindən qaçıb.

Cənab Steele-ə yaxın çevrələrdən mətbuata bildirilib ki, keçmiş casus Moskvanın intiqamından qorxur.

“The Telegraph” yazır ki, Kremlin ABŞ seçkisində Trump-ın qalib gəlməsi üçün seçkini təsirləndirdiyini iddia edən 35 səhifəlik sənədi hazırlamış cənab Steele Londonda mənzillənmiş Orbis Business Intelligence Ltd firmasının həmtəsisçilərindən biridir.

Bu sənəddə iddia edilir ki, Rusiyanın təhlükəsizlik xidmətləri Trump-ı şantaj etmək üçün materiala malikdirlər. İddialardan biri də budur ki, Trump Moskva mehmanxanasında Barack və Michelle Obama-nın yatdığı çarpayını “murdarlamaları” üçün fahişələrə pul ödəyib.

“The Telegraph” yazır ki, britaniyalının araşdırmalarını əvvəlcə anti-Trump respublikaçılar, sonradan isə demokratlar maliyyələşdiriblər.

Cənab Trump dosyedəki iddiaları “saxta” adlandırıb.

Məqalədə deyilir ki, 1990-cı illərdə Moskvada Britaniyanın Məxfi Kəşfiyyat Xidməti üçün casusluq etmiş Steele Surreydəki evini tələm-tələs tərk etməzdən əvvəl pişiyini qonşusuna tapşırıb və “bir neçə günə” qayıdacağını deyib. Onun arvadının və uşaqlarının da evdə olmadıqları xəbər verilir.

“The Telegraph” yazır ki, keçmiş casus Moskvadakı mənbələrindən Trump-ın Kremllə əlaqələri barədə yığdığı məlumatları jurnalistlərlə paylaşmaqla təhlükəli oyuna girib.

Məqalədə deyilir ki, bir neçə məruzədən ibarət toplam 35 səhifəlik bu dosyenin mövcudluğu ABŞ jurnalistlərinə son 6 ay ərzində sirr deyildi, lakin FTB tərəfindən Obama və Trump-a təqdim olunmuş iki səhifəlik icmalın bu sənəddən çıxarış olduğu bilindikdən sonra dosye əhəmiyyət kəsb edib. Bu barədə məlumatı ilk dəfə olaraq CNN vermişdi. Bu məlumatda bildirilirdi ki, dosye keçmiş Britaniya casusu tərəfindən tərtib edilib.

“The Telegraph” yazır ki, bəzi məlumatlara görə cənab Steele 20 il müddətində MI6 üçün Moskvada casus materialları toplayıb.

2009-cu ildə MI6-dakı xidmətini başa çatdırdıqdan sonra cənab Steele özünün biznes partnyoru Christopher Burrows-la Orbis Business Intelligence Ltd firmasını qurub.

Şirkətin internet saytında deyilir ki, firma “Britaniya kəşfiyyatının keçmiş peşəkarları” tərəfindən yaradılıb.

58 yaşlı cənab Burrows Orbisin sözü gedən dosyeni tərtib edib-etməməsi barədə xəbəri nə təsdiq, nə də təkzib edib.

Cənab Trump özünün New York-dakı Trump Tower iqamətgahında keçirilən ilk mətbuat konfransında media üzərinə hücumu ilə yadda qalıb. O CNN-i “saxtakar”, Buzzfeed saytını “zir-zibil qalağı”, BBC-ni isə “daha bir gözəlçə” adlandırıb.

Bununla yanaşı Donald Trump müxbirlərin onun Moskva ilə maliyyə və başqa sövdələşmələrinə dair sualını cavabsız buraxıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ