SON DƏQİQƏ

PressDent.Info

Gürcüstanda dəhşətli qəza baş verib, 5 gənc ölüb

Gürcüstanda dəhşətli qəza baş verib, 5 gənc ölüb
2-01-2017, 15:18 40455 dəfə baxılıb

Rustavidə qəzaya uğrayan avtomobildə partlayış baş verib, 5 gənc yanaraq ölüb

Bu gün səhər saatlarında Rustavi şəhərində sürətlə hərəkət edən minik avtomobilinin sürücüsü idarəetməni itirərək qəza törədib.

Məlumata görə, BMW markalı  avtomobil şəhərin mərkəzində memoriala çırpılıb.

Nəticədə avtomobildə partlayış baş verib, yanğın başlayıb. Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, avtomobildə olan 5 gənc yanaraq ölüblər. Hazırda gənclərin kimliyi araşdırılır. Hadisə yerinə yol-patrul xidməti və yanğınsöndürmə briqadası gəlib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ