SON DƏQİQƏ

11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.

16:22 - Zərdab rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyatçısı Polis Leytinantı Anar Kamil oğlu Baxışlı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

PressDent.Info

Prezident olmaq üçün 1 milyard dollar xərcləyəcək

Prezident olmaq üçün 1 milyard dollar xərcləyəcək
16-08-2015, 20:23 34656 dəfə baxılıb

Qalmaqallı milyarder namizəd prezident olarsa, miqrantları ölkədən çıxaracağını deyib

 

ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd milyarder Donald Tramp seçki kampaniyasına 1 milyard dollar xərcləməyə hazırdır.
Jurnalistlərdən biri ona seçkiqabağı kampaniyaya bu qədər pul xərcləyə bilcəyini soruşanda Tramp müsbət cavab verib.
"Bəli, əgər lazım olarsa, mən o pulu xərcləməyə hazıram. Mən ildə 400 milyon dollar qazanıram, nə fərqi var ki? Mən tək bir şey istəyirəm - öz ölkəmi daha əzəmətli edəm", - deyən Respublikaçı namizəd əlavə edib ki, onun digər namizədlərdən üstünlüyü öz kampaniyasını özünün maliyyələşdirməsidir.
Bundan başqa Tramp dövlət başçısı seçilərsə, ABŞ-da qeyri-qanuni yaşayan bütün miqrantları ölkədən çıxaracağını deyib. "Biz çalışacağıq ki, ailələr bir yerdə olsun. Amma onlar ölkəni tərk etməlidirlər", - deyən milyarder namizəd ABŞ prezidenti Barak Obamanın miqrantlar haqqında qərarını da ləğv etmək niyyətindədir. Həmin qərara əsasən, ABŞ-a gələn miqrantların sənədləri olmasa belə, onların uşaqlarının ölkədən çıxarılması qadağandır.
Keçirilən sorğuya əsasən, Donald Tramp respublikaçı namizədlər arasında liderdir. İndiyədək seçki kampaniyalarında səbəbkar olduğu qalmaqalların onun reytinqinə müsbət, yoxsa mənfi təsir etdiyi isə hələ də bilinmir. Belə ki, Donlad Tramp kampaniyalar zamanı cəmiyyət içində rəqiblərindən birini təhqir edib, teledebat işçiləri ilə mübahisə edib və Respublikaçılar partiyasının bir neçə üzvü ilə dalaşıb.
ans

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ