SON DƏQİQƏ

PressDent.Info

Trampdan Rusiyanı məyus edəcək açıqlama

Trampdan Rusiyanı məyus edəcək açıqlama
23-11-2016, 15:49 15834 dəfə baxılıb

ABŞ-ın yeni prezidenti Donald Tramp bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə münasibətləri normallaşdırmaq istəyir, lakin iki ölkə arasında münasibətlərə yenidən baxılmasının tərəfdarı deyil. Bu barədə The New York Times nəşri məlumat yayıb.

Nəşrin yazdığəna görə, jurnalistlərlə görüşdə yeni prezident qələbədən sonra Putinlə telefonla danışdığını desə də, söhbətin təfərrüatını açıqlamayıb.

“Tramp deyib ki, Putinlə dil tapmağı əla olardı. Lakin münasibətlərin istiləşməsi ideyasını rədd edib”, – deyə qəzet qeyd edib. Tramp “baş verənlərdən sonra bu termni istifadə etməzdim” deyib.

Jurnalistlərlə söhbət zamanı prezident xarici siyasət məsələlərinə ümumi şəkildə toxunub. Həmçinin qeyd edib ki, Suriyada baş verən ağılsızlığı dayandırmaq lazımdır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ