16:42 - Anar Cəbrayıllı: Jurnalistlərin hamısını dama soxmaq lazımdır....
11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq
10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?
22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...
11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri
11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?
11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?
23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...
15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?
14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi
20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi
14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev
13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.
21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.
Nyu-York meri Donald Trump-ı məhkəmə ilə hədələdi
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-ın administrasiyası ölkəboyu müsəlmanların qeydiyyatına başlayarsa, Nyu-York şəhəri onları məhkəməyə verəcək. Bunu Nyu-Yorkun meri, Demokratlar Partiyasından olan Bill de Blasio bildirib.
«Biz bu addımı bloklamaqdan ötrü məhkəməyə verəcəyik. Xalqımızı müdafiə etmək üçün əlimizdəki bütün vasitələrə əl atacağıq. Biz hər zaman öz dəyərlərimizlə fəxr etməliyik», – deyə Bill de Blasio Manhettendəki Kuper Yunion kollecində çıxışında vurğulayıb.
QADINLAR GƏRƏKƏN TİBBİ XİDMƏTLƏRİ ALACAQ
De Blasio dinləyicilərini Trump-ın razılaşmadıqları siyasi qərarlarını dayandırmaq üçün ayrı-ayrılıqda hər bir məsələ ilə bağlı digər amerikalılarla təşkilatlanmağa çağırıb.
«Biz qadınların onlara gərəkən tibb xidmətlərini almasını təmin edəcəyik», – o, «Planlı valideynlik» proqramına vəsaitin kəsilməsi ehtimalına cavab olaraq deyib.
De Blasio əlavə edib ki, Trump administrasiyası polisə vətəndaşları saxlayaraq onların üzərində axtarış aparmaqla bağlı göstəriş versə, Nyu-York şəhəri buna qarşı çıxacaq.
Mer həmçinin, sənədi olmayan mühacirlərin deportasiyasında Nyu-York polis departamentindən istifadəyə imkan verməyəcəyini deyib.
De Blasio vurğulayıb ki, onun hökuməti Nyu-York şəhərində sənədi olmayan, deportasiya təhlükəsi ilə üzləşən mühacirləri geniş hüquqi yardımla təmin edəcək.
Kris Kobach
SİSTEM DİNİ İNANCA ƏSASƏN İŞLƏMƏYƏCƏK
Ötən həftə Trump-ın əsas müttəfiqlərindən biri bildirib ki, yeni seçilmiş prezident ölkəboyu müsəlman ölkələrindən, yaxud da terror fəaliyyətinin yüksək olduğu ölkələrdən gələn mühacirlərin qeydiyyat sisteminin yaradılması barədə düşünür.
Kanzasın dövlət katibi, immiqrasiyaya qarşı olan respublikaçı Kris Kobach həm də Trump-ın müşaviridir. O deyib ki, Trump-ın müşavirləri belə bir məlumat bazasının yaradılması barədə düşünürlər.
Trump-ın keçid komandası bu qeydiyyat sisteminin dini inanca əsasən işləyəcəyi barədə deyilənləri dəfələrlə rədd edib.
Trump-ın gələcək baş qərargah rəisi Reince Priebus bazar günü bildirib ki, yeni administrasiya insanları dini inanclarına əsasən qeydiyyata almayacaq.
«Baxın, mən heç nəyi istisna etməyəcəyəm, Ancaq… biz dini inanca əsaslanan qeydiyyat sistemi yaratmayacağıq», – deyə Respublikaçılar Partiyasının Milli Komitəsinin sədri R.Priebus bildirib.