SON DƏQİQƏ

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.

16:22 - Zərdab rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyatçısı Polis Leytinantı Anar Kamil oğlu Baxışlı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

16:05 - Millət Vəkili Nizami Səfərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

PressDent.Info

Donald Tramp “müsəlman məsələsini” Konqressiz həll edə bilər?

Donald Tramp “müsəlman məsələsini” Konqressiz həll edə bilər?
17-11-2016, 16:24 29319 dəfə baxılıb

“The Telegraph” yazır ki, prezident seçilmiş Donald Trump ABŞ-Meksika hasarının tikintisinə və müsəlman ölkələrindən olan mühacirlərin məcburi qeydiyyatına Konqresin təsdiqini gözləmədən də başlaya bilər. Məqalədə deyilir ki, bu barədə məlumatı Trump-ın keçid komandasına daxil olan adamlardan biri yayıb.

Arizona və başqa ştatların sərt miqrasiya qanunlarının yazılmasında əsas rolu oynamış Kansas ştatının dövlət katibi Kris Kobach deyib ki, Trump-ın siyasət müşavirləri yeni qanunvericilik layihələri üzərində işə artıq başlayıblar.

“The Telegraph” yazır ki, Trump-ın komandası Kobach-ın müsahibəsi ilə bağlı şərh verməyib.

Kobach Reuters agentliyinə deyib ki, Donald Trump-ın müşavirləri icra fərmanlarının layihəsi üzərində işləyirlər və yeni prezident Mülki Müdafiə Nazirliyi ilə birlikdə bu fərmanların icrasına Konqres onları təsdiq etmədən də başlaya bilər.

Kobach həmçinin bildirib ki, icra sənədlərinin layihələrinə görə ekstremist təşkilatların fəaliyyət göstərdiyi ölkələrdən gələn mühacirlər və qonaqların qeydiyyatı qaydası bərpa oluna bilər.

“The Telegraph” yazır ki, cənab Kobach prezident Bush-un administrasiyasında çalışarkən Milli Təhlükəsizlik Giriş-Çıxış Sistemi adlanan qaydaların tərtib edilməsində əsas rollardan birini oynayıb.

Bu qaydalar ABŞ-da 11 sentyabr terror hücumlarından sonra tətbiq edilsə də, 2011-ci ildə insan haqları qruplarının təzyiqi altında ləğv edilmişdi.

Kobach deyib ki, müşavirlər Meksika sərhədində hasarın tikilməsi işinə də Konqresin sısverməsi olmadan başlamağın yollarını araşdırırlar.

“The Telegraph” qəzeti yazır ki, Kobach-ın tərtibində iştirak etdiyi qaydalara görə polisin saxladığı miqrantların təhqiqatı icra olunurdu.

Bu qaydalar 2011-ci ildə ABŞ Ali Məhkəməsi tərəfindən ləğv edilib.

Kobach habelə Kansasdakı seçici qanunlarının sərtləşdirilməsində iştirak edib. Həmin qanunlara görə seçki məntəqələrinə gələnlərdən vətəndaşlıq sənədləri tələb olunur.

O Reuters-ə verdiyi müsahibədə deyib ki, bəzi hallarda mühacirlər müvafiq məhkəmə qərarları olmadan da deportasiya oluna bilərlər. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ