SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

Donald Tramp Barak Obama ilə görüşüb

Donald Tramp Barak Obama ilə görüşüb
11-11-2016, 13:18 36366 dəfə baxılıb

Donald Tramp Ağ Evə ilk səfərini edib. O, hökumət agentliklərinə yanvar ayının 20-də hakimiyyət başına keçəcək Trampın nəzarətə keçid prosesinin asanlaşdırılmasına göstəriş verən ABŞ prezidenti Barak Obama ilə görüşüb.

“Dinc keçid demokratiyamızın təməl daşıdır”- deyə Ağ Evin bəyanatında bildirilir.

Birinci xanım Mişel Obama Trampın xanımı Melania ilə özəl görüş keçirib.

Prezident Obama görüşdən sonra Donald Trampla əhatəli və çox yaxşı müzakirələr apardığını bildirib. O, bir daha keçid prosesinin rahat olmasını təminan altına almağa çalışdığını deyib.

Tramp isə öz növbəsində gələcəkdə Obama ilə əməkdaşlıq etməyi böyük şərəf adlandırıb.

Vaşinqton səfəri çərçivəsində Tramp Nümayəndələr Palatasının spikeri Pol Rayan və Senatın əksəriyyət lideri Mirç Makkonnellə müzakirələr keçirəcək.

Seçkilərdə Trampa böyük dəstək nümayiş etdirən hər iki nümayəndə partiyanın gündəliyinin ona çatdırılması üçün birlikdə çalışacaqlarına vəd verib.

Respublikaçıların məqsədi 20 milyon insanı sağlamlıq sığortası ilə təmin edən Obamacare proqramının ləğvi və ya dəyişdirilməsidir.

Dünən ABŞ prezident Barak Obama 2016-cı il prezident seçkilərində biznesmen Donald Trampı qələbə münasibətilə təbrik edib.

“İndi biz hamımız onun ölkəni birləşdirib ona rəhbərlik etməsində uğur əldə etməsinə azarkeşlik edirik”-deyə prezident Obama bildirib. ABŞ prezidenti bu açıqlamaları vitse-prezident Co Baydenlə birlikdə Ağ Evdə keçirdiyi brifinq zamanı verib.

Obama uzun müddət sürən çətin seçki kampaniyası və dərin ziddiyyətlərə baxmayaraq, xatırladıb ki, “biz hamımız ilk növbədə amerikalıyıq.”

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ