SON DƏQİQƏ

PressDent.Info

Donald Trampın prezidentliyi Ziya Məmmədova nə verəcək?

Donald Trampın prezidentliyi Ziya Məmmədova nə verəcək?
11-11-2016, 12:47 15921 dəfə baxılıb

Hoyabrın 8-də ABŞ-da keçirilən prezident seçkisində Respublikaçılar Partiyasının namizədi Donald Trampın qalib gəlməsi nəqliyyat naziri Ziya Məmmədovu yenidən gündəmə gətirib.

Qeyd edək ki, Ziya Məmmədovla Donald Trampın ortaq biznesinin olduğu bildirilir. Həqliyyat nazirinin əksər səlahiyyətlərinin əlindən alınmasına rəğmən tutduğu vəzifədən kənarlaşdırılmaması da ABŞ-dakı prezident seçkisi ilə izah edilirdi. İddia olunurdu ki, Azərbaycan hakimiyyəti seçkinin nəticəsini gözləyir və Donald Tramr qalib gələcəyi təqdirdə Ziya Məmmədovun yenidən iqtidarda nüfuz sahibinə çevriləcək. Bu baxımdan Donald Trampın qalibiyyəti elan olunar-olunmaz Ziya Məmmədov sosial şəbəkələrin və medianın ulduzuna çevrilib. Ziya Məmmədovun səlahiyyətlərinin yenidən özünə qaytarılacağından tutmuş baş nazir və ya vitse-prezident təyin olunacağına qədər ən müxtəlif mülahizələr irəli sürülür.

Lakin siyasi ekspertlər bu ehtimalları bölüşmür. Onların fikrincə, Donald Trampın prezident seçilməsilə Ziya Məmmədovun əvvəlki nüfuzunu bərpa edəcəyini düşünmək doğru deyil. “Belə iddialar səsləndirilir ki, Ziya Məmmədov baş nazir, yaxud da vitse-prezident təyin olunacaq. Avtoritar ölkələrin təcrübəsində mühüm postlara siyasi iddiası olmayan şəxslər təyin olunur. Artur Rəsizadənin uzun müddətdir ki, baş nazir vəzifəsində çalışmasının əsas səbəbi budur. İndi təsəvvür edin, Ziya Məmmədov kimi iddialı, üstəlik dünyanın supergüclərindən birinin rəhbəri ilə münasibətləri olan şəxs vitse-prezident təyin olunur. Sizcə, hakimiyyət bu addımı atarmı? İnandırıcı deyil.

Digər tərəfdən, Azərbaycan hakimiyyəti ABŞ-dan daha çox Rusiyadan ehtiya edir. O məntiqlə Rusiya prezidenti Vladimir Putinin yaxın dostu, iş adamı İlham Rəhimov çoxdan yüksək vəzifəyə təyin olunmalı idi”, – deyə ekspertlər bildirib.

Onların fikrincə, Donald Trampın prezident seçilməsinin Ziya Məmmədovun vəziyyətinə hər hansı təsiri olmayacaq.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ