SON DƏQİQƏ

PressDent.Info

Putin Trampla ehtiyatlı davranacaq

Putin Trampla ehtiyatlı davranacaq
10-11-2016, 17:18 13920 dəfə baxılıb

Trampın qələbəsindən sonra ABŞ-Rusiya münasibətlərinin qaydaya düşə biləcəyi ilə bağlı bəzi analitiklərin ümidverici açıqlamalarına və Duma deputatlarının aşkar sevincinə baxmayaraq, Rusiya prezidenti Vladimir Putin Ağ Evin yeni rəhbəri ilə münasibətlərində çox güman ki, ehtiyatlı davranacaq. Bu barədə “Bloomberg” Kremldəki bir neçə mənbəyə istinadən yazıb.

Putin və onun komandası Trampın qələbəsindən sonra ABŞ-la daha konstruktiv münasibətlərin qurula biləcəyinin anonsunu vermişdi. Rusiya lideri Trampın Hillari üzərindəki qələbəsindən sonra onu ilk təbrik edənlərdən olmuşdu, ancaq Ukraynadakı krizisdən sonra pozulan münasibətlərin yenilənməsi persperktivini qiymətləndirərkən yetəri qədər təmkinli idi. Putin həmçinin bildirib ki, ABŞ-Rusiya münasibətlərinin normallaşması üçün çox işlər görülməlidir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ