SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

ABŞ Ankaradan kürdlərə görə icazə almağa çalışır

ABŞ Ankaradan kürdlərə görə icazə almağa çalışır
7-11-2016, 13:44 20358 dəfə baxılıb

Birləşmiş Ştatların vəzifəli hərbi rəsmiləri Ankarada öz həmkarları ilə görüşüblər.

Deyilənlərə görə onlar əsasən kürd döyüşçülərdən ibarət birləşmələrin özünü İslam Dövləti adlandıran təşkilatın qeyri-rəsmi paytaxtı Raqqa üzərinə hücumu üçün Ankaranın xeyir-duasını almağa çalışırlar.

Kürd və ərəblərdən ibarət Suriya Demokratik Qüvvələri (SDQ) ötən bazar günü elan ediblər ki, Raqqa şəhərinin təcrid edilməsi əməliyyatına artıq başlanıb. Eyni zamanda İraqda ölkənin ikinci şəhəri Mosul üzərinə hücum əməliyyatı davam edir.

SDQ iddia edib ki, ABŞ Türkiyə və onun dəstəklədiyi qüvvələrin bu hücum əməliyyatında iştirak etməməsi üçün razılıq əldə edib.

Bundan əvvəl Ankara narahatlıq ifadə etmişdi ki, SDQ əsasən kürdlərin YPG qüvvələrindıən təşkil olunub, Türkiyə isə YPG-ni separatçı PKK-nın qolu hesab edir və onu dəfələrlə Suriya bombardmanları zamanı hədəfləyib.

Bəzi məlumatlara görə SDQ-nin bu bəyanatından sonra Ankaranın mümkün sərt reaksiyasının qarşısını almaq üçün ABŞ Silahlı Qüvvələrini baş qərargah rəisi Joseph Dunford Ankarada tərəf-müqabili Hulusi Akarla görüşüb.

ABŞ SDQ-ni ən səmərəli və keyfiyyətli qüvvə hesab edir, lakin Ankara hər zaman bildirib ki, Raqqa üzərinə hücum əməliyyatında kürdlərin geniş iştirakına dözməyəcək.

SDQ-nin sözçüsü xanım Jihan Şeyx Əhməd Raqqanın 50 kilometr şimalında yerləşən Ayn İssa qəsəbəsində keçirilən mətbuat konransında elan edib ki, “Raqqanın azad edilməsi üçün böyük hücum əməliyyatına artıq başlanıb”.

Xanım Əhməd deyib ki, “Fəratın qəzəbi” adlanan əməliyyatda 30 minədək döyüşçü iştirak edir.

Sözçü bildirib ki, “bu döyüş Raqqanın qlobal terrorçu qrupdan azad edilməsi üçündür”.

SDQ rəhbərlərindən Talal Sello isə bildirib ki, Raqqa üzərinə hücum əməliyyatı iki mərhələdən ibarət olacaq. Əvvəlcə şəhərin ətrafındakı kənd və qəsəbələr azad ediləcək. İkinci mərhələdə isə Raqqaın blokadasına başlanacaq.

“The Guardian” yazır ki, bu bəyanatlar qonşu İraqda ABŞ-ın dəstəklədiyi qüvvələrin Mosul üzərinə hücumu ilə eyni vaxtda səslənib.

Kürd rəsmilər isə deyirlər ki, bu düşünülmüş plan yox, “yaxşı bir təsadüfdür”.

Bazar günü İD qüvvələri Mosulun ətrafında kütləvi intiharçı bomba partlayışları törədərək hökumət qüvvələrinin hücumunu səngitməyə çalışıblar.

İraq Silahlı Qüvvələrinin seçmə qoşunlarının komandanı general-mayor Maan əs-Saadi dövlət telekanalı ilə bildirib ki, İŞİD Mosul ətrafında 100-dək avtomobil partladıb.

Washington bildirib ki, Raqqaya hücumla Mosul əməliyyatı üst-üstə düşüb və bu İD qüvvələrinə təkrar cəmləşmək imkanının verilməməsi üçün edilib.

Fransanın müdafiə naziri Jean-Yves Le Drian isə bildirib ki, Raqqa və Mosul hücumlarına ayrı-ayrı əməliyyatlar kimi baxılmamalıdır.

O Europe 1 kanalına deyib ki, hər iki şəhər üzərinə hücumu ABŞ-la yanaşı Fransa qüvvələri də dəstəkləyirlər.

ABŞ rəsmiləri bildirirlər ki, Raqqa üzərinə hücum Mosul əməliyyatından daha böyük siyasi çətinliklər yaradacaq.

Məhz buna görə də şəhərə birbaşa hücumdan əvvəl onun blokadasına başlanır.

Bazar günü Türkiyə prezidenti Recep Tayyip Erdoğan Avropanı PKK-nı dəstkləməklə terrorizmə rəvac verməkdə ittiham edib.

O deyib ki, Avropanın onu diktator adlandırması qətiyyən vecinə deyil.

“Avropa bütünlükdə terroru təhrik edir. Doğrudur, onlar PKK-nı terrorçu təşkilat adlandırıblar, amma biz görürük ki, PKK Avropada çox sərbəst hərəkət edir” – deyib Erdoğan.

“Onların mənə diktator və ya hər hansı başqa bir şey dəməsi mənim vecimə deyil. Bir qulağımdan alıb, o birisindən ötürürəm. Mənim üçün vacib olan xalqımın mənə dediyidir” – deyə prezident bəyan edib. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ