SON DƏQİQƏ

PressDent.Info

Suriya üçün növbəti cəhd: ABŞ-la Rusiya danışıqları bərpa edir

Suriya üçün növbəti cəhd: ABŞ-la Rusiya danışıqları bərpa edir
13-10-2016, 21:33 16269 dəfə baxılıb

ABŞ və Rusiya Suriya münaqişəsinin həllinə dair bu ayın əvvəlində pozulan danışıqları yenidən bərpa edir.

Bu məqsədlə oktyabrın 15-də İsveçrədə Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında görüş keçiriləcək. ABŞ Dövlət Departamentindən bildiriblər ki, Kerri müzakirələrdə Suriya ilə bağlı bir neçə məqama toxunacaq.

Bura zorakılığın dayandırılması və humanitar yardımın çatdırılmasının bərpası da daxildir. Danışıqlarda Səudiyyə Ərəbistanı, Türkiyə və İran tərəfindən də nümayəndələrin iştirak edəcəyi gözlənilir. Bu görüşdən sonra Con Kerri Londona yollanacaq. Qeyd edək ki, danışıqlar 9 gün əvvəl, tərəflər arasında yaranan fikir ayrılığına görə Vaşinqtonun təşəbbüsü ilə dayandırılıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ