SON DƏQİQƏ

PressDent.Info

Nazarbayev xəstələndi, Bakıya səfər təxirə düşdü

Nazarbayev xəstələndi, Bakıya səfər təxirə düşdü
11-10-2016, 15:08 24099 dəfə baxılıb

Qazaxıstan prezidenti Nursultan Nazarbayev soyuqlamadan müalicə olunur. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, prezidentin rəsmi saytı Nazarbayevin xəstələnməsi və müalicə olunması barədə ilk dəfədir ki, məlumat yayır.

Nazarbayev bundan bir gün əvvəl Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən Şövkət Mirziyaevlə telefonla danışıb və xarici səfirləri qəbul edib.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, Nazarbayev sentyabrın 13-də Ermənistana rəsmi səfərə getməlidir.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Bakıya planlaşdırılan səfəri də təxirə düşüb.

76 yaşlı Nazarbayev ölkəni 1989-cu ildən idarə edir.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ