SON DƏQİQƏ

PressDent.Info

Gürcü polisi Azərbaycanın məşhur şirkətinin hesabına həbs qoydu

Gürcü polisi Azərbaycanın məşhur şirkətinin hesabına həbs qoydu
28-09-2016, 19:40 15921 dəfə baxılıb

Bakı-Tbilisi-Qars dəmiryolu lahiyəsinin Gürcüstanın  Axalkalaki bölgəsindən keçən hissəsini tikən Azərbaycanın “Azərinşaatservis” şirkətinin bank hesablarına həbs qoyulub. Gürcüstanın Maliyyə Polisinin 72 nəfərlik istintaq qrupu şirkətin Tbilisi ofisində araşdırmalara başlayıb. Bu barədə istiqlal.az-a Gürcüstandakı mənbələrdən məlumat daxil olub.
Gürcüstanın Maliyyə Polisi Baş Prokurorluğun bir qolu kimi fəaliyyət göstərir. Qurumun mandatına iqtisadi cinayətlərə qarşı mübarizə daxldir.
Mənbə deyir ki, şirkətin Tbilisi ofisində yoxlamalar senyabrın 26-da başlayıb və heç bir rəsmi açıqlama verilməyib.
2003-cü ildə təsis edilən “Azərinşaatservis” MMC-ninin tarixçəsi bir qədər dolaşıqdır. Yerli media yazır ki, bu şirkət nəqliyyat naziri Ziya Məmmədovun nəzarətində olub. Sonradan beynəlxalq banka olan kredit borclarını ödəyə bilmədiyindən bankın keçmiş sədri Cahangir Hacıyevin nəzarətinə keçib. Amma beynəlxalq bank qalmaqalından sonra həbs olunan iş adamları arasında “Azərinşaat”ın rəhbərinin olduğu da deyilir.
Bakı-Tbilisi-Qars (BTQ) planlaşdırılmış dəmiryolu lahiyəsidir. Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedəcək. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirəcək.
2007-ci il, noyabr 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin təməli qoyulub. Hər üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda stansiyasında açılış mərasimi keçirilib.
BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük bir əhəmiyyət daşıyır. Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Bakı-Tbilisi-Qars dəmiryolu Bakı-Tbilisi-Ceyhan boru xəttindən sonra Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirəcək. Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gəliri 50 mln. dollar təşkil edəcək.
Dəmiryolu xəttinin tikintisinə 2005-ci ildə başlanması nəzərdə tutulsa da, həmin dövrdə maliyyə mənbələrinin olmaması tikintinin başlanmasını ləngidib. ABŞ və Avropa Birliyi Ermənistandan kənar keçdiyinə görə layihəyə qarşı çıxıblar və tikintinin maliyyələşdirilməsindən imtina ediblər. Onlar Bakı-Tbilisi-Qars dəmiryolunun tikilməsi əvəzinə Qars-Gümrü-Tbilisi dəmiryolu xəttinin açılmasını tələb edirdilər. Lakin Azərbaycan ilə Ermənistan arasında olan Dağlıq Qarabağ münaqişəsi səbəbindən bu tələblər rədd edilib və dəmiryolu xəttinin tikintisinin maliyyələşdirilməsini sonradan Azərbaycan öz üzərinə götürüb. Bu məqsədlə Azərbaycan Gürcüstana ildə 1% faiz dərəcəsi ilə 25 illiyinə 220 milyon dollar kredit verib.
Dəmiryolu xəttinin Gürcüstan hissəsinin tikintisini Azərbaycanın «Azərinşaatservis» şirkəti həyata keçirəcək. Ümumi dəyəri 80 milyon dollar olan layihənin 2009-cu ilin oktyabrın 1-nə qədər yekunlaşdırılması nəzərdə tutulur.
Baki-Tiflis-Qars dəmir yolu layihəsinin Türkiyə ərazisindəki 76 kilometrlik hissəsinin tikintisinə dair keçirilən tenderin qalibi Türkiyənin “Özgün Yapı Çeliklər” şirkəti olub. Tenderdə on dörd yerli, o cümlədən xarici şirkətlərdə də iştirak edib. Bu şirkətin təklifi 250 milyon dollar təşkil edib.
Türkiyə hökuməti Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin ölkə ərazisindən keçən hissəsinin inşasına 345 milyon dollar ayırıb.
Azərbaycan ərazisinə düşən hissəsində lokomotiv bazası möhkəmləndiriləcək, infrstruktur yaradılacaq və s. işlər görüləcək. Türkiyə ərazisinə 68 km və Gürcüstan ərazisinə 30km dəmir yolu çəkiləcək. Tikinti işləri 2007-cı ilin noyabr ayında planaşdırılır və 2010-cu ildə bitməsi planlaşdırılırdı. Lakin 2008-ci ilin yayında baş vermiş Rusiya-Gürcüstan müharibəsi və qlobal maliyyə böhranı layihənin həyata keçirilməsini ləngitdi.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ