SON DƏQİQƏ

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.

16:22 - Zərdab rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyatçısı Polis Leytinantı Anar Kamil oğlu Baxışlı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

16:05 - Millət Vəkili Nizami Səfərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

PressDent.Info

Tramp-ın çıxışları nifrət cinayətlərinin sayını kəskin yüksəldib

Tramp-ın çıxışları nifrət cinayətlərinin sayını kəskin yüksəldib
24-09-2016, 11:38 30276 dəfə baxılıb

Aparılan tədqiqat göstərir ki, ekstremist siyasi ritorika nifrət zəminində cinayətlərin artmasıyla sonuclanır

ABŞ-da prezidentliyə namizədlər Donald Trump və Hillary Clinton Amerika reallıqları barədə tamamilə fərqli şeylər danışırlar. Trump qaçqın və miqrantların, meksikalı və müsəlmanların hücumuna məruz qalmış bir Amerikadan danışır. Clinton isə müxtəlifliyin gücləndirdiyi bir ölkədən söz açır. “The Atlanic” saytı yazır ki, hər iki tərəfin işlətdiyi ifadələr amerikalıların öz həmvətənləri ilə davranışlarına təsir edə bilər.

NİFRƏT CİNAYƏTLƏRİ YÜKSƏLİR

Siyasi ritorika nifrət cinayətlərinin qarşısının alınmasında, yaxud da əksinə, qızışdırılmasında rol oynaya bilər. San Bernardinodakı Kaliforniya Universitetinin Nifrət və Ekstremizm Araşdırma Mərkəzinin dərc etdiyi yeni hesabatda belə deyilir. Hesabatda göstərilir ki, ABŞ-da müsəlmanlara qarşı nifrət cinayətləri 2015-ci ildə kəskin artıb, 2001-ci ilin 11 sentyabr hücumlarından bəri ən yüksək həddə çatıb. Hesabatda həmçinin deyilir ki, Trump-ın antimüsəlman ritorikası bu dinamikada rol oynamış ola bilər.

Hesabatda siyasi liderlərin terrorizmə reaksiyalarından sonra nifrət cinayətlərinin sayına nəzər salınır. Əvvəlcə keçmiş prezident George W. Bush-un 11 sentyabr hücumlarından sonra dedikləri diqqətə çatdırılır: “İslam sülh deməkdir. Terrorun üzü İslamın əsl inancı deyil”.

Daha sonra isə San Bernardino hücumundan sonra Trump-ın müsəlmanların ölkəyə girişini qadağan etmək çağırışlarını görürük. Tədqiqat üzə çıxarıb ki, Bush-un çıxışından sonra nifrət cinayətlərinin sayı azalmışdısa, Trump-ın çıxışları onların sayını kəskin yüksəldib. Hər iki halda nifrət cinayətlərinin sayı bilavasitə terror hücumlarından sonra qeydə alınmış cinayətlərin sayı ilə müqayisə edilib.

ZORAKILIQ ARTIR

Trump başqa bir bəyanatında belə deyib: “İslam bizə nifrət edir”. Bundan başqa o, Amerika müsəlmanlarını terrorçuları müdafiə etməkdə günahlandırıb.

Corctaun Universitetinin mayda dərc etdiyi hesabatda da Amerikada müsəlmanlara qarşı zorakılığın prezident seçkiləri ərəfəsində artdığı göstərilirdi. Hesabatın müəllifi Engy Abdelkader bu tendensiyanın Trump-la bağlı olduğuna inanır. Onun fikrincə, Trump-ın “insanların qorxularına xitab etməsi” bir çox hallarda özünü düşmənçilik və zorakılıqla büruzə verib.

Tədqiqatçılar xəbərdar edirlər ki, prezidentliyə əsas namizədlərdən birinin müsəlmanlara qarşı çoxdan mövcud olan stereotipləri dəstəkləməsi Amerika müsəlmanlarını təcrid və zorakılıq riski qarşısında qoya bilər.

PROSES DƏRİNLƏŞİR

Hillary Clinton hesab edir ki, islamofobiya təhlükəsizliyi zəiflədə bilər. Bir çox milli təhlükəsizlik ekspertləri də onunla razıdır.

“Trump və müttəfiqlərinin antimüsəlman ritorikası başlı-başına buraxılsa, inamsızlıq və qarşılıqlı şübhələrə yol açacaq. Bu, böyük problemdir və bizim milli təhlükəsizlik strategiyamızı aşındıra bilər”,Corciya Universitetindən terror psixologiyası mütəxəssisi John Horgan deyir.

“The Atlantic” saytı yazır ki, Amerika müsəlmanları ilə hüquq mühafizə idarələri arasında etimad zəifləyib. Siyasi liderlərin antimüsəlman ritorikası bu prosesi daha da dərinləşdirir. Amerikanın müsəlman icmaları hüquq mühafizə idarələrini terror təhlükəsi barədə xəbərdar etmək baxımından əvəzsiz rol oynayır. Nəticə etibarilə, etimad təhlükənin önlənməsinin ayrılmaz hissəsidir.

Trump terrora qarşı sərt mövqe tutmağa söz verir. Ancaq onun antimüsəlman ritorikası Amerikanı təkcə amerikalı müsəlmanlar deyil, bütün amerikalılardan ötrü təhlükəli yerə çevirə bilər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ