SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

ABŞ-ın Suriya hücumunun pərdəarxası

ABŞ-ın Suriya hücumunun pərdəarxası
19-09-2016, 18:43 30276 dəfə baxılıb

Elxan Şahinoğlu: «Bombardımanların miqyasının və sayının artması ABŞ-ın Suriyada fəallaşmaq istəyi ilə bağlıdır»

Birləşmiş Ştatların dövlət katibi Con Kerri Rusiyanın Suriyadakı fəaliyyətini tənqid edib. Onun sözlərinə görə, Rusiya atəşkəsi normal təmin etmək əvəzinə özünüreklamla məşğuldur.

CNN telekanalına müsahibəsində Con Kerri Rusiya hakimiyyətini Suriya lideri Bahar al-Assad-ə təsir etməyə çağırıb. Çünki Vaşinqton əmindir ki, Suriya hökuməti ölkəyə humanitar yardımın daxil olmasının qarşısını alır, halbuki Rusiyanın bu prosesə nəzarət etmək imkanı var. John Kerry belə deyib.

O, eyni zamanda tərəfləri bir gün əvvəl baş verən «dəhşətli hadisə»ni təkrarlamamağa çağırıb. Sentyabrın 18-də koalisiya qüvvələri səhvən Suriya hökumət qüvvələrinə raket zərbəsi endirib, 60 əsgər ölüb.

ABŞ-ın Suriyadakı əməliyyatlara birbaşa müdaxiəl etməsi və əməliyyatlarda iştirakı region üçün tam yeni situasiya yaradır. Bu bölgədə hansı proseslərə səbəb ola bilər?

elxan-shahinoglu

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, ABŞ müşahidə edir ki, Suriyada Rusiya və Türkiyə çox fəal oyunçudur. Ona görə ABŞ-da proseslərə qoşulmaq qərarına gəldi: «Suriyada baş verənlər Obama admnistrasiyasının böyük uğursuzluğu idi. Amerika Suriyada fəallaşmaq istəmədi və yaranmış boşluğu Rusiya doldurdu. Nəticədə hazırda Suriyada prosesləri Rusiya diqtə edir. Nəticədə belə bir mənzərə yarandı ki, Obama Əsəd rejiminin getməli olduğunu bildirdi. Amma sonda Rusiya ilə razılaşmalı oldu. Bu dönəmdə ABŞ Rusiyanın şərtlərini qəbul etmək məcburiyyətində qaldı. Amma hazırda ABŞ özü də regionda fəallaşmaq istəyir. Bombardımanların miqyasının və sayının artması buna misaldır».

ABŞ-ın Rusiya ilə Suriyada birgə hərəkətlərini bir müddət izlədikdən sonra regionla bağlı fikir söyləməyin mümkün olduğunu deyən E.Şahinoğlu əlavə etdi ki, ABŞ Suriya müxalifətinə, Rusiya isə Əsədə dəstək verir: «Əsəd ordusu müxalifətlə toqquşa bilər. Bu halda ABŞ-la Rusiyanın münasibətlərinin necə olacağı sual doğurur».

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ