SON DƏQİQƏ

PressDent.Info

Rusiya iqtisadiyyatında tənəzzül davam edir

Rusiya iqtisadiyyatında tənəzzül davam edir
27-08-2016, 15:30 16530 dəfə baxılıb

Rusiya iqtisadiyyatı iyul ayında 0,1 faiz, illik müqayisədə isə 0,7 faiz azalma qeyd edib.

Rusiyanın İqtisadi İnkişaf Nazirliyi məlumatlarına görə, ölkənin Ümumi Daxili Məhsulu (ÜDM) təkrar azalmaya keçərək iyul ayında iyun ayı ilə müqayisədə 0,1 faiz kiçilib.

İllik müqayisədə isə (ötən ilin İyul ayı ilə müqayisədə) Rusiya iqtisadiyyatı 0,7 faiz azalıb. Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukaev daha əvvəl verdiyi açıqlamada, iyul ayında illik kiçilmənin 0,6 faiz səviyyəsində reallaşmasını gözlədiklərini bildirmişdi.

Açıqlamada, iqtisadiyyatdakı azalmanın əsas səbəbi kimi istehsaldakı geriləmə, elektrik, qaz istehsalı və satışında azalma göstərilib.

Rusiya Mərkəzi Bankı, ötən il 3,7 faiz kiçilən ölkə iqtisadiyyatının bu ilin sonu etibarilə 0,7 faiz geriləyəcəyini ehtimal edir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ