SON DƏQİQƏ

PressDent.Info

Əhməd Davudoğlunun müşaviri tutuldu

Əhməd Davudoğlunun müşaviri tutuldu
19-08-2016, 15:00 23403 dəfə baxılıb

Əhməd Davudoğlunun xarici işlər naziri olduğu dövrdə Xarici İşlər Nazirliyində katib və xüsusi müşavir olaraq onun “sağ əli” sayılan səfir Gürcan Balık saxlanılıb.

G. Balık Ankara Prokurorluğunun Fətullahçı hərəkatı (FETÖ) ilə bağlı apardığı istintaq çərçivəsində bu gün tutulub.

G. Balık 1995-ci ildə Türkiyə Xarici İşlər Nazirliyində işə başlayıb. 2008-2011-ci illərdə katib, 2011-2013-cü illərdə xüsusi müşavir, 2013-cü ilin yanvar-avqust aylarında BMT-nin YUNESKO-dakı daimi nümayəndəsi olub. 2013-cü ilin avqustunda Prezident Administrasiyasına xarici siyasət üzrə baş məsləhətçi postuna gətirilib. 2014-cü il avqustun 15-də Xarici Siyasət Məşvərət Şurasına üzv olan G. Balık 2016-cı ilin yanvarında bu vəzifədən azad edilib.

G. Balık Prezident Administrasiyasına xarici siyasət üzrə baş məsləhətçi kimi çalışdığı dövrdə, 2013-cü ilin sentyabrında BMT-nin toplantısında iştirak etmək üçün ABŞ-da gedən Ə. Davudoğlunun Fətullah Güləni də ziyarət etməsini o zaman prezident olan Abdullah Güldən gizlətməsi ilə diqqət mərkəzində olub.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ