SON DƏQİQƏ

PressDent.Info

İran neft hasilatını maksimuma çatdırdı

İran neft hasilatını maksimuma çatdırdı
10-08-2016, 15:45 19314 dəfə baxılıb

Hazırda İranın neft ixracı 2,5 mln. barel/gün təşkil edir. Bu isə neft bazarında İranın payının sanksiyadan əvvəlki səviyyəyə qayıtması deməkdir.

Bu barədə İranın I vitse-prezidenti Eshaq Cahangiri bildirib: “Gündəlik neft ixracı 2,5 mln. barelədək artıb. İran neft hasilatını artıra və bazardakı payına bərpa edə bilib”.

O qeyd edib ki, neftin qiymətinin düşməsi ilə bir sıra neft hasil edən ölkələr, xüsusilə də Fars körfəzi ölkələri böyük problemlərlə üzləşib: “Buna baxmayaraq, effektiv idarəetmə nəticəsində İranda iqtisadi stabillik hökm sürür”.

Qeyd edək ki, Qərbin İrana qarşı sanksiyaları bu ilin yanvar ayında qaldırılıb. Hazırda İran gündəlik təxminən 3,8 mln. barel neft hasil edir. (Report)

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ